Məhkəmə qətnaməsinin izahı

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Bank məni məhkəməyə verərək İddia etmişdir ki, məndən və manən zamin qalan 3 nəfərdən “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Miriyev Mirmehman Mirismayıl oğlu ilə “Bank Respublika” ASC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli kredit müqaviləsinin lağv edilməsi, tələbin cavabdehlərin əmlakına, əmək haqlarına, pensiyalarına, taqaüdlərinə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə cavabdehlər Miriyev Mirmehman Mirismayıl oğlu və mənə zamin qalmış 3 nəfərdən müştərək qaydada 11169,57 ABŞ dolları məbləğində kredit borcu və 2375,59 ABŞ dolları kreditə görə faiz borcu olmaqla cəmi 13545,16 ABŞ dolları məbləğində vəsaitin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Bank Respublika” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Qətnamədə belə bir qeyd var: “Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir”.Sonda qətnamənin “Qət etdi” hissəsində bunlar qeyd olunub:İddia qismən təmin edilsin.Miriyev Mirmehman Mirismayıl oğlu ilə “Bank Respublika” ASC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər mən və 3 zaminimdən müştərək qaydada 11169,57 ABŞ dolları məbləğində kredit borcu, 2375.59 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, cəmi 13545.16 ABŞ dolları tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına mansibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə borc həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “Bank Respublika”ASC-nin xeyrinə verilsin.İddia tələbi qalan hissədə rədd edilsin. Qurban müəllim bilmək istəyirik ki, belə bir qərnamə ilə zaminlərimin gəlirlərində tutulma ola bilərmi? Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 28, Cavab: 0)
04 Sentyabr 2016 10:58 dəqiqədə yazılıb.
47 baxış
0
Məxfi cavab

Salam.

Qətnamənin “qət etdi” hissəsində açıq-aydın yazılıb bu. Bəli, sizinlə birlikdə zaminlərinizdən də tutulacaqdır.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 159)
07 Sentyabr 2016 01:19 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön