Məhkəm hakimindən imtina haqqında:

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bəy!

Mülki işlə bağlı 10.03.2016-ci ildə hazırlıq iclası keçirilib.Bu işdə mən cavabdehem həmin işlə bağlı 30.03.2016-cı ildə də başdansov açıq məhkəmə iclası olub . Qətnamə oxunmayıb.Hakim budur yenidən 21.04.2016-cı ildə açıq məhkəmə iclası keçirməsi barədə mənə bildiriş göndərib.Cavabdeh kimi 16.04.2016-cı ildə hakimdən imtina ərzəsi vermişəm ki,bu işə sizin baxmağınıza etiraz edirəm.Gecikməmişəm ki? Hakim nəzərə alıb Appilyasiya məhkəməsinə ərizəmi göndərməlidirmi?

Bir də sizdən iddia müddətinin ötürülməsi barədə soruşmaq istəyirəm.İddia müddətinin ötürülməsinə üzürlü səbəb yoxdur.MPM-nin 375.2 maddəsinə əsas tutub məhkəmə hakimindən xahiş etmişəm ki,iddiadan imtina barəsində qərar çıxart. Hakim xahişimi rədd edir. Bu qanuna müvafiqdirmi ?

Marked as spam
Cavid tərəfindən göndərilmişdir (Sual: 9, Cavab: 3)
17 Aprel 2016 21:24 dəqiqədə yazılıb.
276 baxış
0
Məxfi cavab

Salam, Cavid bəy!

Əvvəla üzr istəyirəm ki, cavabı belə gec verdim. Başım yaslara qarışmışdı.

1. Məhkəmə iclasları bir neçə dəfə keçirilə bilər. Qanunda iclaslara say məhdudiyyəti yoxdur. Qanunverici, sadəcə olaraq, işə baxma müddətini müəyyənləşdirib. Birinci instansiyada 3 ay.

 

MPM

Maddə 172. İşlərin baxılması və həll edilməsi müddətləri

 

172.1. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.

172.2. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.

172.3. Ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər. 

 

2. Prosesin istənilən mərhələsində hakimə etiraz verə bilərsiniz. Ancaq bu etiraz qanuni əsaslarla olmasa, hakim onu baxılmamış da saxlaya bilər.

Mülki Prosessual Məcəllə.  Maddə 19. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar 

19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:

19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;

19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;

19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.

19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:

19.2.1. O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;

19.2.2. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; 

19.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 

Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.

 

Maddə 21. Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr

 

21.1. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.

21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.

21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. [13]

21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. [14]

 

Maddə 22. Edilmiş etirazın həll edilmə qaydası

 

22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.

22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir.

22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.

22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.

22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. [15]

 

22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

 

3.  İddia müddətinin keçməsindən asılı olmayaraq, hakim işi icraata qəbul etməlidir.  Yalnız cavabdehin ərizəsi ilə iddia müddəti tətbiq edilə bilər.

 Mülki Məcəllənin 375-ci maddəsi.

 

 Maddə 375. İddia müddətinin tətbiqi

 

375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

 

Hörmətlə. Uğurlar

 

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
23 May 2016 00:15 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön