Məhkumluqdan sonra işə bərpa

« Əvvəlki səhifəyə geri dön
0
0

Hörmətli Qurban Məmmədov, Xahiş edirəm bu  suali cavablandirasiniz.25 ildir ki,Uşaq Gənclər İdman məktəbində məşqçi müəllim işləyirdim.Az.Res.CM – nin 221.1. ci maddəsi ilə (xuliqanlıq) 3 ay müddətinə azadlıqdan məhrum edilmişdim.Hal hazırda azadlığa buraxılmışam.Mənim dərs saatım boşdur və heç kim mənim yerimə işə qəbul olunmayıb.Mənim işə bərpa olunmağımı hüquq necə tənzimləyir?Xahiş edirəm bu barədə məni məlumatlandırasiniz

Marked as spam
Elsad Qafarov tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
01 Noyabr 2016 21:10 dəqiqədə yazılıb.
65 baxış
0
Məxfi cavab

 

Salam, hörmətli Elşad Qafarov.

Bu sualın dəqiq cavabı cinayəti harada və nə vaxt törətməyinizlə sıx bağlıdır.

1.  Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndinə əsasən,  ” iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir” və bu əsasda işdən azad edilən işçinin əvvəlki vəzifəsinə “bərpa”sından söhbət gedə bilməz. Cəzadan sonra yenidən işə qəbul edilmə yolu ilə əvvəlki vəzifəsinə təyin edilə bilər. Bu da müdiriyyətin qərarından, iradəsindən asılıdır. Adətən, təcrübədə belə hallar olmur, yəni bilavasitə iş yerində və iş vaxtı cinayət törədən adam yenidən həmin iş yerinə qəbul edilmir.

 

 

2. ƏM-nin 74-cü maddəsinin 1-ci bəndinin &Ccedil:) yarımbəndinə əsasən, “İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi”  tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə  xitam verilməsi üçün əsasdır.

Bu halda, cəzadan sonra işçi yenə də “bərpa” tələb edə bilməz, lakin yenidən işə qəbul haqqında ərizə ilə müraciət edə bilər və bu zaman onun ərizəsinə ümumi əsaslarla baxılmalıdır. Əsassız imtinadan  sizin şikayət vermək hüququnuz var. İş yerindən kənarda törədilmiş cinayətə görə məhkum edilmə işə götürmə haqqında müraciətə mənfi cavab verilməsi üçün əsas ola bilməz.

ƏM-nin 12-ci maddəsinin 1-ci bəndinin f) yarımbəndinə əsasən,  “işə qəbul”  işəgötürənin əsas vəzifələrindən biridir. Bu vəzifəsini əsasız yerə icra etməyən işəgötürən məsuliyyət daşıyır.

ƏM-nin 288-ci maddəsinin a) bəndinə əsasən, “əmək müqaviləsinin bağlanması” zamanı yaranan fərdi əmək mübahisələri bu məcəllə ilə nizama salınır.

ƏM-nin  292-ci maddəsinin  (işçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ) 1-ci bəndinə əsasən, “İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.”

ƏM-nin 294-cü maddəsinə (fərdi əmək mübahisələrinə baxan orqanlar) əsasən,  “1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır….”

Hüququnuzun pozulduğu andan bir ay müddətində məhkəmədə iddia qaldıra bilərsiniz.

 

 

 Uğurlar!

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
01 Noyabr 2016 23:32 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön