Mənzilin bir şəxsin adından digərinin adına keçirilməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bey.

Borc qarşılığında mənzilin bir şəxsin adından digərinin adına keçirilməsi lazımdır. Yəni, arada evin qiymətinə uyğun məbləğ mövcud deyil ki, normal şəkildə alqı satqı aparılsın. Bu halın qanunla necə tənzimləndiyi məni maraqlandırır. Qanuni şəkildə bunu necə həyata kecirmək olar?

Qeyd. “arada evin qiymətinə uyğun məbləğ mövcud deyil” – dedikdə onu nəzərdə tuturam ki, evin qiymətinə uyğun borc verilib və borc alan şəxs məbləği tam xərcləyib. Buna görə də normal alqı-satqı etmək, yəni bank vasitəsi ilə evin qiymətinə uyğun məbləğin evi satan şəxsin hesabina köcürülməsi mümkün deyil. Bu halda alqı-satqı necə baş verməlidir?

Əvvəlcədən təşəkkür edirəm.

Hərmətlə,

Kamil.

Marked as spam
Kamil Ahmadov tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
29 Avqust 2016 07:36 dəqiqədə yazılıb.
64 baxış
0
Məxfi cavab

Salam, Kamil bəy!

İndi aydın oldu.

Siz notariusa rəsmi ərizə ilə müraciət edin və göstərin ki, alqı-satqı faktik olaraq əvvəllər həyata keçirilmiş, mənzilin haqqı satıcıya tam (və ya qismən) ödənilmişdir. Ona görə də, indi bank vasitəsi ilə ödəniş edilmədən alqı-satqı müqaviləsinin qeydə alınmasını istəyirsiniz. Satıcı da ərizə yazmalıdır ki, o həqiqətən də evin pulunu tam və ya qismən olaraq əvvəllər alıb. Bundan sonra notarius,  ya sizin müqviləni qeydə alacaq, ya da imtina edəcək. İkinci halda siz inzibatyı məhkəməyə müraciət edib, “müqavilənin qeydə alınması vəzifəsinin notariusun üzərinə qoyulması barədə” iddia qaldırmalısınız. Bununla da sizin problem həll olacaq.

Çətinlik çəksəniz, inandığınız, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir.

Uğurlar.

Marked as spam
29 Avqust 2016 23:31 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön