Maaşdan kredit borcunun tutulması

« Əvvəlki səhifəyə geri dön
0
0

Mənim əmək haqqım vergi tutulandan sonra 350 manatdır. Kapital bank ayda 100 manat əmək haqqımdan kreditim olduğuna görə pul tutur. Unibank məni məhkəmə verib ayda 30 manat pul ödəyirəm. daha bir bank məni məhməyə verib icra mənim əmək haqqımdan bu banka 40 % tutma qərar verib. Beləliklə məndən ayda 290 manat pul tutulur. Məhkəmə icraçısı deyir ki, mən Kapital banka cavabdeh deyiləm. Həyat yoldaşım işləmir və öhdəmdə 3 və 7 yaşlı iki övladıma var və bizə qalan pul 60 manatdır. Zəhmət olmasa Qurban müəllim bilmək istəyirəm ki, bu nə dərəcədə doğrudur. Yəni mənim maaşımdan toplamda neçə faiz tutulmalıdır və Kapital bankda bu faiz dərəcəsinin içərisinə daxil olmalıdırmı?

Marked as spam
Tofiqe Memmedova tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
27 Dekabr 2016 22:51 dəqiqədə yazılıb.
81 baxış
0
Məxfi cavab

Salam, Tofiqə xanım.

 “İcra haqqında” Qanunun 65-ci maddəsinə (borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı) əsasən,

65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir”.

Gördüyünüz kimi, Qanunun 65.2-ci maddəsinə əsasən, neçə banka borcunuz olur-olsun, əmək haqqınızın 50 faizi sizdə qalmalıdır (65.3-dəki istisnalarla)..

İcraçı sizə qarşı haqsızlıq edir, qanunu pozur.

İcraçının hərəkətindən Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və ya məhkəməyə şikayət verə bilərsiniz.

Qanun sizin tərəfdədir.

Uğurlar sizinlə olsun.

Hörmətlə.

Marked as spam
27 Dekabr 2016 23:44 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön