Maddi və mənəvi zərərin ödənilməsi barədə iddia…

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.1998-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən müharibəsi əlili olduğum üçün mənə qaraj qoymaq üçün 10-cu mik.da 18 kv.m torpaq sahəsi ayırdı.Həmən qarajda dəmir,plasmas və müşənbə qəbul edir və ailəmi pis yaxşı dolandırırdım.2014-cü il tarixdə  Sumqayıt şəhər İcra Hakimiyyuəti həmən ərazini Kristal Abşeron Mtk-ya verdi.Hal bu ki,məncə torpaq sahasini tikintiyə icazənin verilməsi üzrə icraatin 14-cü fəsil maddə 76.1.,əsasən İcra Hakimiyyəti qonşular və yaxın qonşuları  məlumat verməyə və onları dinləmə borcludur maddəsini pozmuşdur.Mənim xəbərim olmadan MTK həmən ərazini hasara alaraq qaraja girişimi qadağan etdilər.Qaraım bağlanıb.İndi Həmən MTK-nı məhkəməyə verib maddi və mənəvi zərərə görə 12000 manat dəyərində pul tələbi ilə iddia qaldırmaq istəyirəm.Bu barədə Vətən müharibəsi əlininə necə və yaxud ərizə yazıb köməklik edə bilərsinizmi.Sizdən xahiş edirəm bu barədə mənə yardımçı olun ki,Mənim hüqüqlarım tapdalanmasın.Təşəkkür edirəm.

Marked as spam
Qoşqar Namazov tərəfindən göndərilmişdir (Sual: 6, Cavab: 0)
17 Sentyabr 2016 09:38 dəqiqədə yazılıb.
56 baxış
0
Məxfi cavab

Salam. 

21 sentyabrdan sonra ofisimizə yaxınlaşın. Bütün sənədlərinizi (qarajla bağlı) özünüzlə götürməyi unutmayın. Əlimizdən gələn köməyi əsirgəmərik. Qarabağ qazisi olduğunuzu sübut edən sənədiniz də yanınızda olsun.

 

Marked as spam
17 Sentyabr 2016 22:11 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön