miqrasiya

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam,men Gurcustan vetend. Usaqlar Bakida anadan olublar.Buranin doqum haqqinda sehedetnamesini aliblar. Burada oxuyurlar. Bilmek istiyerdim onlara Azerbaycanin vetendasliqini almaqa nece komeklik ede bilersiniz. Saq olun.

Marked as spam
Saleh Əliyev tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
22 Dekabr 2016 13:50 dəqiqədə yazılıb.
39 baxış
0
Məxfi cavab

Salam, Saleh bəy.

AR Konstitusiyasının 52-ci maddəsinə (vətəndaşlıq hüququ) əsasən,  “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.”

Konstitusiyamızın 53-cü maddəsinə (vətəndaşlıq hüququnun təminatı ) əsasən, “I. Azərbaycan Respublikasının vətəndaşı  Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsinə  (vətəndaşlıq hüququ) əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.”

Qanunun 6-cı maddəsinə (Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər) əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikası vətəndaşının pasportu.”

Qanunun 21-ci maddəsinə (Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi)  əsasən,  “Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.”

Hörmətli Saleh bəy!

Həyat yoldaşınızın vətəndaşlığı haqqında yazmadığınıza görə, sizə dolğun cavab verə bilmirəm. Həyat yoldaşınız Azərbaycan vətəndaşıdırsa, uşaqların problemi ola bilməz. Yox əgər, hər ikiniz Gürcüstan vətəndaşısınızsa, bizim dovlət orqanları Sizə problemlər yaradacaqlar. Baxmayaraq ki, yuxarıda da qeyd etdiyim kimi, AR Konstitusiyasının 52-ci maddəsinə (vətəndaşlıq hüququ) əsasən,  “… Azərbaycan Respublikasının ərazisində .. doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “

Şəxsiyyət vəsiqəsi almaq üçün polis orqanlarına müraciət edin. İmtina etsələr, İnzibati Məhkəməyə müraciət edin. 

Sizə çoxlu səbr və uğurlar arzulayıram.

Hörmətlə.

 

 

Marked as spam
23 Dekabr 2016 00:25 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön