Mübahisəli mənzillər

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban müəllim bizim mənzil 2 şəxsə satılmışdı mənzili mənim  elimdən zor yolla almışdılar məhkəməyə müraciət etdim və iş icra edildi evi mənə qaytardılar. Borclu tərəfin müqaviləsi məndən sonradır, lakin hal-hazırda o idda edir ki, mənim mənzili aldığım adam səndən qabaq almışdır (mən mənzili binanın sahibi-MTK sədrindən almışam). Həmin o dediyi adamın dəqiq həmin mənzillə bağlı müqavilə və maliyyə arayışı yoxdur onu bina sahibi, həmçinin özü də demişdir mənə. Məhkəmə onları mənzildən çıxardıqdan sonra onlar MTK sədrindən pulunu tələb edirlər. MTK sədri mənə hədə qorxu gəlir və deyir ki, mənə kömək et onların pulun qaytaraq (elebil mənimlə şərikli yeyib pulu). Mənim o qədər pulum yoxdur onlara verməyə meni çox sıxırlar bilmirəm nə edim evi də tam təmir etmişəm ailəmlə orada yaşayıram başqa evimdə yoxdu getməyə aldığım 3 ildə heçkim məni narahat etməmişdi evlə bağlı. Mənim sualım budur ki, sədr borclu tərəfə bu il 6 il bundan əvvələ müqavilə verə bilərmi? əgər verərsə onlar məhkəməyə müraciət edəcəklər sənədin ili qabaq olduğu üçün, mən məhkəmədə bunu necə sübut edə bilərəm ki, bu sənəd 2016-da verilib?  Və yaxud sədr sənəd verməsə onlar məhkəməyə müraciət edib bu vəziyyətdə məni mənzildən çıxara bilərlərmi? Qeyd edim ki, mənzilin mənə məxsus olmasıyla bağlı Yasamal rayon məhkəməsinin qətnaməsi, qərardadı və Bakı apeliyasiya məhkəməsinin qərardadı vardır. Sizə çox təşəkkür edirəm.

Marked as spam
Nicat İmamverdiyev tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
04 Noyabr 2016 13:53 dəqiqədə yazılıb.
57 baxış
0
Məxfi cavab

Salam.

Əvvəla, cavabın gecikməyinə görə üzr istəyirəm, Bakıda deyildim.

İkincisi, Əgər həmin mübahisə ilə bağlı bu gün də qüvvədə olan məhkəmə qərarları varsa, narahat olmağınıza əsas yoxdur.

MPM-nin  153.2.2-ci maddəsinə əsasən, “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim  iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir”.

Probleminiz olsa, hüquqi yardıma ehtiyacınız olsa, etibar etdiyiniz bir hüquqşünasa mütləq müraciət edin.

Uğurlar sizinlə olsun!  Hörmətlə.

 

Marked as spam
10 Noyabr 2016 00:05 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön