Müdiriyyətin İşden çıxarması ilə bağlı

« Əvvəlki səhifəyə geri dön
0
0

Müdiriyyətin 30.12.2015-ci il tarixli Əmrin surətini alarkən,müdiriyyət hansı gündə,hansı tarixdə onu mənə verməsinə dair imza etdirməyib. Mən bundan istifadə edib. 1 təqvim ayından sonra məhkəməyə işə bərpa olunmağıma dair iddia ərizəsi ilə müraciət etsəm məhkəmə işi icraata götürməlidirmi ?

2.Əmək MƏcələsində Əmirin surətini verilmə qaydası yoxdur ? MPM-də necə?

3.Məhkəmə iclasında işçinin nümayəndəsinin etibarnaməsi yoxdursa. O, işdə iştira edə bilərmi?

Marked as spam
Cavid tərəfindən göndərilmişdir (Sual: 9, Cavab: 3)
13 Mart 2016 18:06 dəqiqədə yazılıb.
217 baxış
0
Məxfi cavab

 

Salam, Cavid bəy!

1.  Hüququnuzun pozulduğunu bildiyiniz, yaxud da işdən azad edilmə barədə əmrin surətini aldığınız gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququnuz var.

Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, 

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

 

Siz əmrin surətini nə vaxt aldığınızı sübut etməlisiniz. Əmrin surətini alanda imza etməklə yanaşı tarix yazdığınız sənəd sübut sayılır. Tarixi yazmamısınızsa, demək müdiriyyət yazıb. 

 

2. Əmrin surətinin verilmə vaxtı və qaydası ƏM-nin 83-cü maddəsində (əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası)  nəzərdə tutulub:

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

 

 

 

 

3. 3-cü sualınız aydın ifadə edilməyib. Özünüzü nəzərdə tutursunuzsa, nümayəndənizin etibarnaməsinin olub-olmaması heç bir rol oynamır. Nümayəndə isə yalnız etibarnaməsi olduqda işə buraxıla bilər.

MPM-nin 69-cu maddəsinə (nümayəndə vasitəsi ilə işin aparılması) əsasən,  

“69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. ..””

 MPM-nin 73-cü maddəsinə (nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi) əsasən,  

 

“73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.”

 

hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
13 Mart 2016 20:21 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön