Mulki is uzre mehkeme

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam,

Size Genceden yaziram. Mulki is uzre mehkeme prosesimiz var, siz bu isde cox ugur qazanmisiz, bize yardiminiz lazimdi. Babam (Yaşar Abdullayev), obyekt ve şirketin (Qızıl Taç) sahibi atama (Arzu Abdullayev) iddia erizesiyle mehkeme acibdi. Erzielerin resmini terefinize gonderirem. Sözü geden iddia atamın bütün qanuni senedlerle sahib olduğu 2006-ci ilde adına aldığı obyektle bağlıdı. Belə ki, obyektin alqı-satqı müqavilesinin leğv olunmağını teleb edirler. Sebeb kimide o obyekti almaq üçün pulu babam ( Yaşar Abdullayev) özü verdiyini iddia edir ve şahid kimide keçmiş obyekt sahibi Mehman Əliyevi gösterir. İlk mehkememiz 14 Fevralda yeni sabah baş tutacaq. Sizden xahisim erizelere baxib fikir bildirmenizdir. Bize soylediler ki Mulki mecellenin MADDE 373. İDDİA MÜDDETLERİ üzre qanuna esasen iddia muddetleri 3, 6 il odugu ucun umumi iddia muddetinin ise 10 il olduguna göre onlarin acmis oldugu iddia mehkemeside esassizdi. Sizin fikirler cox onemlidi bizim ucun, sizden cavab gozleyecem. Onceden tesekkurler

Marked as spam
Saida Abdullayeva tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
13 Fevral 2017 14:25 dəqiqədə yazılıb.
44 baxış
0
Məxfi cavab

Salam, Səidə xanım!

MM-nin aşağıdakı maddələrini diqqətlə öyrənin: 

Maddə 373. İddia müddətləri 

373.1. Ümumi iddia müddəti on il təşkil edir.

373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

 

Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi

 

374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

 

Maddə 375. İddia müddətinin tətbiqi

 

375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

Atanız MM-nin 375.2-ci maddəsinə uyğun olaraq, iddia müddətinin tətbiq edilməsi barərə məhkəməyə yazılı ərizə versin və iddianın rədd edilməsini xahiş etsin.

Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Hüquqşünasa vaxtında çəkəcəyiniz xərc sizi daha çox ziyanlardan qoruyar.

Sizə uğurlar və bolluca səbr arzulayıram.

Azərbaycan məhkəmələrindəki (Gəncə məhkəmələri xüsusilə) rüşvətxorluq mühiti və ədalətsizlik bataqlığı sizdən bol-bol səbr tələb edir.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
13 Fevral 2017 15:20 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön