Həyat yoldaşımın atasından qalan miras əmlakın icarə haqqından ona pay düşürmü?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.

Mənim xanımımın rəhmətlik atasının  miras əmlak kimi 1 evi və 2 maqazini qalıb.

Bu evdən və maqazindən ona pay düşürmü? Maqazin arendaya verilib,  icarə haqqından xanımıma da pay düşürmü?

Marked as spam
Serxan Eliyev tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
10 İyul 2016 03:47 dəqiqədə yazılıb.
219 baxış
0
Məxfi cavab

Salam, Sərxan bəy!

Təbii ki, xanımınıza vərəsə kimi pay düşür. Burada bəzi hüquqi məsələlər var ki, onları bilmək lazımdır. Yalnız bundan sonra dəqiq məsləhət vermək olar.

Məsələn:

1.Ata nə vaxt gedib rəhmətə?

2. Xanımınız miras əmlakı faktiki və ya rəsmi qəbul edibmi?

3. Başqa vərəsələr varmı?

4.Vəsiyyətnamə qoyulubmu? və s.

 

Qanun üzrə vərəsələr miras əmlaka və onun bəhrəsinə də bərabər paylarda şərikdirlər. Yəni miras əmlak icarəyə verilibsə (miras əmlakın bölgüsü aparılmadan), gəlir vərəsələr arasında bərabər bölünməlidir. 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 147)
10 İyul 2016 03:53 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön