Mülkün başqa ada keçirilməsi haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam !Hörmətli Qurban müəllim!Əgər mülk Ata rəhmətə gedəndən sonra Ananın adına keçirilibsə və həmin mülkdə qardaş bacılar qeydiyyatdadırsa hal hazırda ana həmin mülkü oğlanlarından birinə həvalə etmək istəyirsə hansı prosedurları keçmək lazımdır? Əgər bütün qardaş və bacının razılığı olarsa və ikinci halda razılığı olmazsa.Ana nəvələrindən birinə hədiyyə və ya vəsiyyətnamə verə bilərmi digərlərinin razılığı olmadan ? qeyd edirəm ki bütrün qardaş bacıların ayrıca mülkləri var tək birindən başqa  həmin mülklərin tikilməsində bilavasitə o olmayanın müəyyən maddi və mənəvi köməkliyi olmuşdur və heç kim danmır  olanları. əvvəlcədən təşəkkürümü bildirrir və saytınız daha işlək və milyonlar tərəfdarının olmasını arzulayıram

Marked as spam
qabil tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
02 İyul 2016 22:18 dəqiqədə yazılıb.
659 baxış
0
Məxfi cavab

Salam, hörmətli Qabil bəy!

Maraqlı və vacib suala görə təşəkkürlər! Bu məsələ çoxlarını maraqlandırır.

1.  Hamının bilməsi vacibdir ki, valideynlərin həddi-buluğa çatmış, sağlam övladları qarşısında heç bir maddi öhdəlikləri yoxdur. Təəssüflər ki, bəzi övladlar valideynlərini, guya onlara çatası payı əldə etmək üçün, mənzillərini satmağa məcbur edirlər. Mənim təcrübəmdə belə hallar çox olub.

2. Mülk şəxsən atanındırsa, o öləndən sonra mülk, vərəsəlik hüququna görə, mirası qəbul edən ana və övladları arasında bərabər bölünməlidir. Bu bölgü zamanı vərəsələrdən kimsə mirasdan imtina edə bilər və ya kiminsə xeyrinə imtina edə bilər.

3. Mülk birgə nikah dövründə əldə edilibsə, atanın ölümündən sonra mülkün yarısı anaya çatır və əlavə olaraq atanın payı da ana və övladları arasında bərabər bölünür. Yəni, anaya 50%+ atanın payından çatan hissə verilir.

4. Yox əgər,  atanın ölümündən sonra bütün əmlak ananın adına rəsmiləşdirilibsə, yəni onun mülkiyyətinə keçibsə (sizin sualınızda olduğu kimi), ana öz şəxsi əmlakı kimi həmin əmlak üzərində istədiyi kimi sərəncam verə bilər. Kimə istəsə başığlaya bilər, sata bilər, girov qoya bilər və s. Yalnız bir şərtlə, həmin mülkdə istifadə hüquqları olan şəxslərin hüquqları nəzərə alınmaqla. Yəni, ana istəsə, başqa ailə üzvlərinə kompensasiya verməklə onları istifadə hüququndan məhrum edə bilər.(MM-228.2-ci maddə).  Nəzərə almaq lazımdır ki, MM-nin 228-ci maddəsinə əsasən, ” 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.”

 

5. Ana mənzili övladlaından birinin mülkiyyətinə keçirə bilər (bağışlama və ya satmaq yolu ilə), ancaq başqa ailə üzvlərinin istifadə hüququna, ya  kompensasiya verməklə xitam verilməlidir, ya da bu hüquq qalacaqdır. Sizin misalda, yəni ailə üzvləri razı olmadığı halda, ana əvvəl başqa ailə üzvlərinin istifadə hüququna xitam verdirməlidir ki sonra sərbəst şəkildə mülkü bir övladının adına keçirə bilsin. 

6. Ailə üzvlərinin razılığı olarsa, burada problem yoxdur, notariusda razılıq ərizələri verməklə,  bunu rahatlıqla etmək olar.

7. Nəvələrə də eyni qayda şamil edilir. Lakin nəvənin (yaxid istənilən şəxsin) adına vəsiyyətnamə qoyularsa (bu zaman heç kimin razılığı tələb edilmir), qalan vərəsələr gələcəkdə, sadəcə,  “zəruri pay” hüququna malik olacaqlar. 

 

Maddə 1193. Mirasda məcburi pay anlayışı

 

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

8. Vərəsələrin əmlak vəziyyəti (evlərinin olması, valideynlərin onlara vaxtında ev tikməsi, cehiz verməsi, hədiyyə etməsi və s.) yuxarıda qeyd etdiyim qaydalara təsir etmir.

Bu barədə daha geniş bilgiləri Mülki Məcəllənin  228-ci maddəsindən, 62-ci fəslindən və Mənzil Məcəlləsinin V fəslindən ala bilərsiniz.

 

Bu barədə aydın olmayan məsələlər olsa, məmnuniyyətlə cavablandırmağa hazıram. 

Uğurlar arzulayır, qarşıdan gələn Ramazan Bayramınızı təbrik edirəm.

ALLAH (c.c) orucunuzu, namazlarınızı və dualarınızı qəbul etsin, AMİN !!!

Hörmət və ehtiramla.

 

 

 

Marked as spam
03 İyul 2016 19:34 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön