Mülküyyət

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Əvvəla sizə təşəkkür edirik. Evin Bakı şəhər icra hakimiyyəti şəhər salma komitəsinin layihe simetasi və ya belediyye texpasportu ve yaxudda belediyye kupçası var. Bunlar olduğu təqdirdə kupça almaq proseduru necə olur və ev bu halların hansında sökülə bilər?

Marked as spam
Ramin Bayramov tərəfindən göndərilmişdir
18 Dekabr 2016 15:00 dəqiqədə yazılıb.
46 baxış
0
Məxfi cavab

Salam,Ramin bəy.

Sualınızdan heç nə anlamadım.

“Bələdiyyə texpasportu və bələdiyyə kupçası” nə deməkdir?

Qanunvericilikdə belə sənədlər nəzərdə tutulmur.

Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, özbaşına tikililər sökülməlidir. Özbaşına tikiliyə o halda mülkiyyət hüququ tanına bilər ki, tikili yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdə olsun.

“Kupça”–“Çıxarış” almaq üçün:

1. Torpaq sahəsi xüsuis mülkiyyətdə olmalıdır.

2. Evin layihəsi buna hüququ olan təşkilatlar tərəfindən çəkilməlidir.

3. Layihə Rayon İcra Hakimiyyətinə göndərilərək təsdiqlənməlidir.

Yalnız bu ardıcıllığa əməl edilməklə toplanmış sənədlər DƏDRX-ə təqdim edilərsə, sizə Çıxarış verilə bilər.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
19 Dekabr 2016 23:11 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön