Odenissiz mezuniyyet

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban m.
Size bir sualim olacaq. X.e cavablabdirardiz.
Bank sektorunda chalishiram. Bankin diger bir rayon filiali olaraq yashayis yerimden uzaqda hemchinin Bakidan kenarda isleyirem artiq 3 ildir. Qaldigim muddetde mene ev kirayesi pulu verilir. Bu aydan artiq kesirler pulu vermiyecekler. Menimde aldigim emek haqqi elave cibimden ev pulu vermeye chatmir. Eslinde ishegoturen bunu ozu etmeye borcludur. Bank olaraq ishden chxmagimi oz hesabima mezuniyyete chxmagimi teleb edir ve hec bir maddi odemeden. Bu haldan ischinin huquqlari nece tenzimlenir? Men neyleye bilerem?
Onceden twk edirem size

Marked as spam
Emin A. Mammadli tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
06 İyul 2016 19:04 dəqiqədə yazılıb.
456 baxış
0
Məxfi cavab

Salam, Emin bəy!

1. İşçi ilə işə götürən arasında bütün münasibətlər əmək müqaviləsi ilə nizamlanmalıdır. Sizi qane etməyən müqaviləyə, təbii ki, imza atmayacaqsınız. İmzaladığınız müqavilənin də şərtlərinə əməl etməyə borclusunuz. Sizin bağladığınız əmək müqaviləsi ilə tanış olsaydım, daha dolğun məsləhət verə bilərdim. Siz mütləq əmək müqavilənizi dəqiq öyrənin və ona uyğun addımlar atın.

 

2. Əmək Məcəlləsinin  112-ci (məzuniyyətin növləri) maddəsinə əsasən,

 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) sosial məzuniyyət; 

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

&ccedil:) ödənişsiz məzuniyyət.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

 

Sualınızdan aydın olur ki, sizə “ödənişsiz məzuniyyət” təklif edilir. Bununla bağlı Əmək Məcəlləsinin aşağıdakı maddələrini diqqətlə öyrənin:

 

Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ

 

Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

 

Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

 

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. [137]

 

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri

 

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: 

a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;

b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;

&ccedil:) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə — bir təqvim ayınadək;

d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;

e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək; 

ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək; 

f) doktoranturada, təhsil alan işçilərə —1 təqvim ayınadək; 

g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;

ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək;

h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;

x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə – 14 təqvim gününədək;

i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. 

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. 

 

3. Bu maddələrdə göstərilənlərdən başqa sizə qarşı atılan istənilən addım sizin əmək hüquqlarınızın pozulmasıdır və hüququnuzun pozulduğunu bildiyiniz andan bir ay müddətində məhkəməyə müraciət edə bilərsiniz.

 

Sizə uğurlar arzulayıram.

Total rüşvətxorluq, korrupsia və manopoliya  cinayətləri ilə dövlətimizi çökdürənlərin indi də sizin kimi ləyaqətli əmək adamlarına qarşı etdiklərini görəndə sizi başa düşməmək mümkün deyil.

Səbrli olun ! ALLAH (c.c) hər şeyi görür və bilir. “O” Rəhman və Rəhimdir. Bizə “O” bəs edər.

Uğurlar  ! 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
08 İyul 2016 00:28 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön