Parklanma

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam men bele bir sual vermek isteyirdim.Yashayish yerinin 50-100 metr yaxinliginda avtomobili parking ederken odenish odenilmelidirmi? Bele deyek ki, iwden gelirem parking edirem birde iwe gedende gotururem.. bu odenishlidirmi?

Marked as spam
Ne On tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
08 Dekabr 2016 03:45 dəqiqədə yazılıb.
25 baxış
0
Məxfi cavab

Salam.

“Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 32-ci bəndinə əsasən,  “parklanma — nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır;”

Gördüyünüz kimi, qanun “müvafiq qaydada işarələnmiş yer” anlayışı işlədir. Bu tələb yaşayış binalarının həyətlərinə də aiddir. Qısamüddətli saxlama istisna olmaqla, digər bütün hallarda binaların həyətlərində parklanma qadağandır.

Qanunun 31-ci maddəsinə əsasən, (Nəqliyyat vasitələrinin saxlanılması)

I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;

2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:

1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;

2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;

4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;

5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər.

V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Qanunun 53-cü maddəsinə əsasən,( Parklanma)

I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.

 

II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.

 

Gördüyünüz kimi, yaşayış binalarının həyətlərində maşın parklamaq qadağandır. Oralar insanların gəzməsi, istirahəti və uşaqların oynaması üçündür.

Ödəniş isə, ödəmə aparatları olan bütün yerlərdə həyata keçirilməlidir.

 

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
08 Dekabr 2016 23:29 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön