Pensiya

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.Bilmək istərdim mənim pensiya yaşım 2016-cı il iyun ayında tamam olub.Lakin hələ pensiyaya çıxmamışam.Bilmək istəyirəm əgər 2017-cı ildə pensiya yaşı artırılsa mənim pensiyam hansı ildən hesablanacaq. Çox saqolun.

Marked as spam
Aladdin Xalafli tərəfindən göndərilmişdir
21 Dekabr 2016 10:44 dəqiqədə yazılıb.
57 baxış
0
Məxfi cavab

Salam, Aladdin bəy.

“Əmək pensiyaları haqqında” Qanunun  31-ci maddəsinə (əmək pensiyasının təyin olunması üçün müraciət və əmək      pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri) əsasən,  31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.”

 AR Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”

Gördüyünüz kimi, sizin pensiya almaq hüququnuz 2016-cı ilin iyununda yaranıbsa, sonrakı “ağırlaşdırıcı dəyişikliklər” sizə aid olmayacaq.

Narahat olmayın. Gələcəkdə bu barədə sizə problem yaratsalar, etibar etdiyiniz, inandığınız bir hüquqşünasın köməyindən mütləq istifadə edin.

Qanunun yuxarıda qeyd etdiyim normalarını da yaddan çıxarmayın.

Sizə can sağlığı və uğurlar arzulayıram.

Həyat gözəldir, nəvələrinizlə bu həyatı ağzışirin yaşayın və pis şeylər haqqında düşünməyin.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
21 Dekabr 2016 22:28 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön