problemli kreditler

« Əvvəlki səhifəyə geri dön
0
0

salam aleykum. menim atami bank mehkemeye verib. Ve hal hazirda mehkeme icracisi 350 man mehkeme xercini odemeyeceyimiz teqdirde atami hebsle ve ya evdeki esyalarimizi musadire etmekle tehdid edir. biz mehkeme xercini de pensiye kartina yonlendirmesini isteyirik lakin hemin memur israrla o meblegi ele teleb edir. bilmek istersim o bu iddiasinda ne qeder haqlidi. eger 10 gun erzinde odemesek esyalarimiz aparmaq ve ya atami hebs etmek huququ varmi? onceden tewekkur edirem

Marked as spam
Guljahan Rzabeyli tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
15 İyul 2016 20:40 dəqiqədə yazılıb.
328 baxış
0
Məxfi cavab

Salam, Gülcahan xanım!

Qətiyyən narahat olmayın. İcraçının sizə dedikləri qanundan kənardır.

Doğrudur, icraçı qətnamənin icrasını icra etməyi sizdən tələb etməkdə haqlıdır. Ancaq, həqiqətən də, sizin borcu ödəmək imkanınız yoxdursa, atanı nə həbs etmək olar, nə də zorla onun ev əşyalarını müsadirə etmək.

 

 

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN  5 iyun 2002-ci il tarixli 89 saylı  QƏRARI  ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na diqqətlə baxın. 

 

SİYAHISI

 

Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir:

1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə);

2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa;

3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə;

4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə;

5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə;

6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma;

7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə;

8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa;

9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə;

10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə;[2]

11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə;

12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə;

13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara:

a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri;

b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı;

c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor;

&ccedil:) bütün uşaq ləvazimatı.

 

Qeyd. Bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir.

 

Uğurlar sizə

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
16 İyul 2016 02:28 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön