Pul tələbi və dəymiş ziyanin ödənməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Hörmətli QURBAN muəllim.Hər vaxtiniz xeyir.Bir nəfər məndən 20.09.2010-cu ildə 25 min manat pul göturmuş sonra onu qaytarmagi iki ilə qeder lengitmişdir.Sonra isə Rusiyaya qacmiş və 3 ildən sonra yəni 2015-də qayitmişdir.Pulu tələb etdikdə qaytarmaqdan imtina etmişdir.Əvvəl polisə muraciət etdim sonra isə mehkəmədə iddia qaldirdim.Məhkəmə pulun cavabdeh tərəfindən qaytarilmasi barədə qətnamə cixartdi.Cavabdeh apelyasiya şikayeti vermişdi.Dunən kecirilən hazirliq iclasinda hakim mənə şikayeti gec vermisen,vaxti kecirtmisen dedi.Bu nə qədər duzgundur?Qanunvericilikdə belə bir bənd(qadaga) varmi?Cavabdeh göturduyu borcu boynuna alib.Qətnamə ləğv edilə bilərmi?Əvvəlcədən təşəkkurumu bildirirəm.

Marked as spam
Ilham Abdilov tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
10 Noyabr 2016 23:58 dəqiqədə yazılıb.
138 baxış
0
Məxfi cavab

Salam, İlham bəy.

1. İddianın gec, ya tez verilməsini müəyyən etmək üçün aranızdakı müqavilə şərtlərini bilmək lazımdır. Yəni, cavabdeh borcu nə vaxt qaytrarmalı idi. İddi müddəti də həmin vaxtdan hesablanır. Hakimlər, adətən, tərəflərdən rüşvət qoparmaq üçün belə sözlər atırlar. Əslində, hakim elə bir söz deyirsə, sizin ona aetiraz etmək hüququnuz yaranır, çünki artıq əvvəlcədən mövqeyini bildirib. Bu,  qanunsuz hərəkətdir.

2. Hakim özbaşına iddia müddətini tətbiq edə bilməz və bu barədə fikir bildirə bilməz. 

3. Mülki Məcəllənin  375-ci maddəsinə (iddia müddətinin tətbiqi) əsasən,  “375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

Bu maddəyə əsasən, birinci instansiya məhkəməsində borclu tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməyibsə, apellyasiyada bunu edə bilməz. Hakim isə, özü iddia müddətini tətbiq edə bilməz.

 

4.  MM-nin 373-cü maddəsinə (iddia müddətləri) əsasən, “373.1. Ümumi iddia müddəti on il təşkil edir.

373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.”

 

Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi

 

374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

 

 

 

Maddə 377. İddia müddətinin başlanması

 

377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

 

 

377.1 və 377.3-cü maddələrə diqqət edin.

 

Uğurlar Sizə. Hörmətlə.

Marked as spam
11 Noyabr 2016 23:21 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön