Qəyyumluq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam olsun Sizə Qurban bəy. Sualım budur ki, atamın 80 yaşı var, mənimdə 2 övladım var, istəyirik ki, 5 yaşlı kiçik övladımı atamın himayəsinə keçirdək ki, atamın pensiyasını uşaq 18 yaşına kimi alsın. Bu qanunvericilikdə nəzərdə tutulubmu? Bununçün hara müraciət edək, nə sənələr lazımdır? Və uşağın ata ana adı dəyişiləcəkmi?. Minnətdaram Sizə

Marked as spam
Ilqar Shahveledov tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
28 Avqust 2016 14:26 dəqiqədə yazılıb.
47 baxış
0
Məxfi cavab

Salam, hörmətli İlqar bəy!

80 yaşlı adamın özünə qəyyum lazımdır. Sizi belə qanunsuz və haram işlərdən kənar olmağa çağırıram. Rüşvət hesabına, məhkəmələr vasitəsilə bəlkə də bunu edə bilərsiniz. Mən məsləhət görmürəm.

Ailə Məcəlləsinin 120-ci maddəsinə (övladlığa götürmək hüququ olan şəxslər) əsasən, 120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər: 120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; 120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; 120.1.3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; 120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; 120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. 120.2. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Gördüyünüz kimi, AM-nin 120.1.5 (səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər)-ci maddəsinə əsasən, 80 yaşlı adam valideynlik vəzifələrini həyata keçirə bilməyən hesab edilir.

Hörmətlə,

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
29 Avqust 2016 02:40 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön