Qaraj

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.1998-ci il tarixdə Sumqayıt şəhər icra hakimiyyəti Vətən müharibəsi əlili və veteranı olduğum üçün 18 kv.m. dəmir qaraj qoymaq üçün sərəncam verdi.Həmən torpaqda isə qarajı daşdan tikmişəm.Ətraf qonşu qarajlar daşdan tikildiyi üçün.Mənim torpaq sahəm ortada idi.Torpaq sahəsini mülküyyət hüqü  sənədi almaq üçün dövlət reyster xidmətinə müraciət etdim.Qaraj daşdan tikildiyi üçün sənəd verməkdən etiraz etdilər.İndi mən necə edə bilərəm ki,qaraj üçün reyster xidmətindən mülküyyət haqqında sənəd alım?
Sizdən xahiş edirəm bu barədə mənə köməklik edin.Təşəkkür edirəm.

Marked as spam
Qoşqar Namazov tərəfindən göndərilmişdir (Sual: 6, Cavab: 0)
17 Dekabr 2016 12:43 dəqiqədə yazılıb.
27 baxış
0
Məxfi cavab

Salam, Qoşqar bəy.

“Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Qanunun 9-cu maddəsinə (vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.”

Qanunun bu maddəsində qarajlar nəzərdə tutulmadığı üçün qaraj sahəsi əvəzsiz olaraq sizin mülkiyyətinizə verilməyəcəkdir. Ona görə də,  siz qarajın altındakı torpaq sahəsinin sizin mülkiyyətinizə satılması üçün yerli bələdiyyə orqanına müracət edin və cavabdan asılı olaraq, növbəti addımları atın.

Yəni, imtina edilsə, məhkəməyə müraciət edin.

Nəzərə alın ki, həmin qaraj yerinin sizə satılması nəticəsində şəhərin arxitektura qaydaları və ya başqalarının hüquqları pozularsa, başqalarına təhlükə yarana bilərsə, sizə imtina edə bilərlər.

“Torpaq Məcəlləsi”nin 59-cu maddəsinə (fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi) əsasən,

 1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir:

… fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların  kooperativlərinin mülkiyyətinə… “

Siz  Torpaq Məcəlləsinin 59-cu maddəsinə istinad etməklə həmin qarajın yerləşdiyi torpaq sahəsini əvəzi ödənilməklə mülkiyyətinizə ala bilərsiniz.

Sizə uğurlar arzulayıram. Səbrli olun və səbrlə mübarizənizi davam etdirin. ALLAH(c.c) səbr edənlərlədir.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
19 Dekabr 2016 11:55 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön