Səndəsiz torpaq sahəsinin sənədləşdirilməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Sabunçu rayonunda 4 sot torpaq sahəsi alınıb, torpaq sahəsinin üzərində 1953-cü ildə tikilmiş 1 mərtəbəli ev yerləşir və 1992-ci ildən atam o evə qeydiyyatdadır. Hal-hazırda evin kupçası var. Amma torpağın sənədi yoxdur. Torpağın dövlət mülkiyyətində olduğu bildirilir.  Mən torpaq sahəsini necə sənədləşdirə bilərəm? Mənə mümkün qədər köməklik edərdiniz. Çox saq olun.   E-mail: appiah88@mail.ru

Marked as spam
Elvin Ibrahimov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
09 Fevral 2017 16:12 dəqiqədə yazılıb.
58 baxış
0
Məxfi cavab

Salam, Elvin bəy.

1. Əvvəla, zəhmət olmasa deyin: “torpaq alınıb” deyəndə nəyi nəzərdə tutursunuz? Kimdən, nə vaxt, necə alınıb? 

 

2. “Torpaq islahatı haqqında” Qanunun 9-10-cu maddələrinə əsasən,

Maddə 9.      Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi

Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Maddə 10.   Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi

qaydası

Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın həüzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onlarıüzərindəki tikililər, ağaclar və digər obyektləəvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşlarıərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən  sənədləəsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 

Bu maddələrə əsasən, siz sənədlərinizi toplayıb DƏDRX orqanlarına təqdim edin. Diqqətli olun, evinizin altındakı və qanuni istifadənizdə olan  torpaq sahəsi dövlət tərəfindən sizin mülkiyyətinizə pulsuz verilib. Probleminiz olsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Uğurlar.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
11 Fevral 2017 01:11 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön