Atam vəfat etməmişdən qabaq hərracda torpaq sahəsi almışdı. Notarius müqaviləni mənimlə bağlamaqdan imtina edir.

  • Sual
  • Mülki işlər üzrə
  • Atam vəfat etməmişdən qabaq hərracda torpaq sahəsi almışdı. Notarius müqaviləni mənimlə bağlamaqdan imtina edir.
« Əvvəlki səhifəyə geri dön
0
0

Mən notariusa yazdıgım ərizəmdə bildirmişdim ki, “Hörmətli Səfər müəllim, atam Miriyev Mirismayıl Miri oğlu 120 kv. metr  torpaq sahəsinin alınması üçün Lənkəran bələdiyyəsinə müraciət etmişdir. 08 oktyabr 2015-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuş  və qalib olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən şəhadətnamə verilmişdir.     Bildirirəm ki, 2015-ci dekabr ayında atam dünyasını dəyişmişdir. O üzdən Lənkəran bələdiyyəsi ilə mənim aramda atamın qalib olaraq şəhadətnamə aldığı torpaq sahəsinə dair alqı-satqısı müqaviləsinin bağlanmasına razılıq verməyinizi xahiş edirəm”   Qeyd edim ki, notariusda mənim vərəslik məktubum var. Amma buna baxmayaraq Notarius mənə bildirdi ki, düzdür torpaq sahəsini atan hərracda udub amma adina rəsmiləşdirmədən vəfat etdiyi üçün biz onu səninlə alqı-satqı edə bilmərik.    Və rəsmi məktubla bunları qeyd edib: “…Lakin atanız 10.12.2015-ci ildə vəfat etmişdir. Ona görə də, həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyə ziddir. Göstərilənlərə və “Notariat haqqında” Qanunvericiliyin 40-cı maddəsinə əsasən sizinlə alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilir. Bununla bağlı məhkəməyə müraciət etmək hüququnuz sizə izah edilir”

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 38, Cavab: 0)
20 Avqust 2016 10:31 dəqiqədə yazılıb.
69 baxış
0
Məxfi cavab

Salam.

Notariusun cavabı qanunidir. Siz öncə notariusa müraciət edib vərəsəlik şəhadətnaməsi almalı, ondan sonra atanızdan qalan mirasa dair sərəncamlar verə bilərsiniz.

Hörmətlə.

Marked as spam
20 Avqust 2016 17:01 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön