Salam, Qurban muellim.Kredit manatladi 47 faiz odenilib3500 manatin yene 3000 odemeliyem bu nece qanundur.

  • Sual
  • Bank Kreditləri
  • Salam, Qurban muellim.Kredit manatladi 47 faiz odenilib3500 manatin yene 3000 odemeliyem bu nece qanundur.
« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban muellim.

2015 il noyabr ayonda Uni bank meni mehkemeye verib.kredit 24 ayliq olub, 11 ayi odenilib.

Menim onlara defelerle muracietim olub, hec netice olmayib. Noyabr- Dekabr aylarinda 3 mehkeme olub, hec birinde bank numayendesi ishtirak etmeyib, hakimde bu ishi baxilmamish saxlayib.May ayinin 2 de mehkemedi,qeyd olunub ki,men 2114+337 faiz +506 cerime odemeliyem .

Bank mehkemeye gelmeyib bunun cezasini men odemeliyem?  Qurban muellim bu ne qeder dogrudur

Marked as spam
rashid tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 1)
26 Aprel 2016 17:03 dəqiqədə yazılıb.
221 baxış
0
Məxfi cavab

Salam, Rəşid bəy!

Əvvəla, gec cavab verdiyim üçün üzr istəyirəm. Başım yaslara qarışmışdı.

1. İşin baxılmamış saxlanması sizi bank qarşısında öz öhdəliklərinizi icra etməkdən azad etmir. Bu iki məsələnin bağlılığı yoxdur.

2. Bu bir bank fəndidir.  Bilirlər ki, məhkəmə qərarından sonra faizlər, cərimələr duracaq və siz yalnız qətnamə üzrə olan borcu ödəyəcəksiniz. Ona görə də, adətən, banklar məhkəməyə verməkdən yayınırlar. Bu həm də onların hüququdur, vəzifələri deyil. Ona görə də, yaxşı olar ki, bizim saytın birinci sualındakı əsaslar üzrə vətəndaşlar bankı məhkəməyə versinlər, gözləməsinlər. Sizə də eyni şeyi məsləhət görürəm.

 

Hörmətlə. Uğurlar. 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
23 May 2016 00:22 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön