Salam. Sizin məsləhətiniz mənim üçün çox dəyərlidir.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Biri digərindən notariusda sənədlə 8000manat borc götürüb. Müqavilədə girov və zamin yoxdur. Borc alan ölüb. Borcu kim qaytaracaq? Yəni borc sahibi vəfat edən borcalan şəxsin varislərindən pulu məhkəməyə verməklə tələb etməsi düzgündürmü? Həmçinin ölən şəxsin yaşadığı sənədsiz qanunsuz həyət evi var və həyat yoldaşı, övladları, nəvələri həmin evdə yaşayırlar. Borc sahibi məhkəmənin qərarı ilə həmin evi satdırıb pulunu geri tələb edə bilərmi, yaxud vəfat etmiş borc alan şəxsin ailə üzvlərinin aylıq məvaciblərindən qərarla hissə-hissə ala bilərmi? Qanunla belə məsələlər necə tənzimlənir?Təşəkkür edirəm!

Marked as spam
Tariyel tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
04 Mart 2016 15:59 dəqiqədə yazılıb.
198 baxış
0
Məxfi cavab

Salam, Tariyel bəy!

 

1. Borc alan öldüyü halda, ondan hansısa miras: əmlak, pul, torpaq, ev və s.maddi nemətlər qalıbsa, tələb vərəsələrə yönəldilir. Ölən borc alanın əmlakı yoxdursa, borc batmış sayılır.

2. Sənədsiz evlər, “özbaşına tikili” hesab edilir və məhkəmə müdafiəsindən məhrumdur.

3. Borc ailə üzvlərinin əmək haqqına o halda yönəldilə bilər ki, ailə üzvləri həmin borcu qaytarmaqda, ya qanun üzrə, ya da müqavilə üzrə borclu olsunlar. Məsələn, ər arvadın əvəzindən və ya tərsinə. Çünki birgə nikah dövründə əldə edilmiş əmlaka şərik olduqları kimi, borclara da şərikdirlər. Başqa ailə üzvləri, yalnız borcu ölənlə şərik qaytarmaqda mükəlləf olduqları halda, bu prosesə cəlb edilə bilərlər. 

 

Uğurlar. Hörmətlə.

Marked as spam
07 Mart 2016 01:54 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön