“BANK OF BAKU” əsəblərimizi korlayıb!

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Hormetli Qurban muellim! Men Bank of Baku dan 19 fevral 2015 ci il tarixinde 8350 dollar kredit goturmusem. Bu vaxta qederde hec vaxt gecikmem olmayib, aldigim pulu vaxtli vaxtinda odemisem. Lakin 21 fevral devalvasiyasindan sonra bir ay pulu kohne mezenne ile(0.79 )odedim. Bankdan mene zeng vurdular ve dedilerki mutleq yeni mezenne ile odemelisen gecikme dusub, cerime gelib. Sonra 2 ay pulu odemedim-yeni Konstitusiya Mehkemesinin qerarina qeder. Qerardan sonra Bank muqavile vaxtini 5 ile (evvelce 3 il idi – her ay 272 manat)qeder uzatdi. Hele ustelik 96 manatda elave komissiya haqqi aldi.

Cerimeleride qrafike salaraq borcu 8650 manat yazdilar.Men 3 gun idi ana olmusdum, korpemi ve saglamligimi qorumali oldugumu dusunduyum ucun razilasmali oldum ..Cunki bankin tehdid dolu zengleri menim butun sinir sistemimi mehv edirdi. Bu zaman men bank iscisine, yene devalvasiya olarsa ne olacaq deye sorusdum, oda muqavile bele qalacaq dedi. Men bunu yazili sekilde muqavilede qeyd edin dedim, dediki muqavile formasi standartdi mumkun deyil deyismek .

Men daha 6 ayda her ay pulu vaxtli vaxtinda odedim. Elbette cox cetinlikle. Lakin dekabr devalvasiyasindan sonra artiq odenis etmeyim qeyri mumkundur. Bu barede odenis gunume 20 gun qalmis yazili sekilde banka bildirdim.Cavab gelmedi. Defelerle yazdim, netice yox. Her heftede 2 defe bankin Inzibati idaresinden zeng edib cox nezaketsiz ve hede halinda sozler deyirler. Is yerime zeng vuracaqlarini bildirirler. Halbuki men zenglerine hemise cavab verirem. Xahis edirem mene meslehet veresiniz.Muellimeye. 3 azyasli korpem var.Yoldasimda muellimdir 178 manat mevacib alir, onuda Kapital Bank tamamile tutur.Mecburi kockunem.

 

Meslehetinize cox boyuk ehtiyacim var.

Sag olun.

Marked as spam
Drayzer tərəfindən göndərilmişdir
23 Fevral 2016 19:43 dəqiqədə yazılıb.
269 baxış
0
Məxfi cavab

Salam.

1. Əmək haqqının tamamının tutulması qanuna ziddir, özbaşınalıqdır.

2. Zənglərə fikir verməyin, əsəblərinizi , sağlamlığınızı qoruyun, Siz ailənizə lazımsınız.

3. Bütün sənədlərinizlə birlikdə bizim ofisə yaxınlaşın, əlimizdən gələn köməyi, təmənnasız olaraq,  edərik. Dəqiq  ünvanımız sualınızın sağ tərəfindəki xəritədə görünür.

 

Uğurlar.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
24 Fevral 2016 01:25 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön