Saxtalasdirilmis avtobil kredutleri

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban muellim.Men sizin kohne musteriniz olaraq sayqi ve hrmetle salamlayiram. menim sualima cavab verdiyiniz ucun evvelceden tesekkur edirem.Menim problemim bir masin krediti ile baglidir.  2013 cu ilin yu ayinin 22 sinde men Beynelxalq bankin samaxi filialinda calisan bir yaxin yoldas menim adima bir masin qeydiyyata saldi ve masinin sehadetnamsei menim sexsiyyet vesqem ie qeydiyyata dusdu.Uzerinden 4ay kcdikden sonra ise mene dediler ki , xetai rayonu 6 nomreli notariat kontorunda etibarname ver masin senin adindan cixsin. Mende verdim. Bu meselenin ustunden dord il kecdikden sonra ise mene mektub gelmisdir ki sizin banka 38740 dollar borcunuz var. Men bank resmileri ile ve selahiyyetli sexslerle gorusdum ve meselenin hell olunmasini istedim. Ancaq bank rehberlikleri ise menim meseleme cox qeyri etik normada ve laqeyd yanasdilar. Bele basa dusulur ki bankda calisan kredir mutexesisi ve bank filial muduru ve muavin bu senedden xeberdardirlar ve hecne etmirler.Men onlardan bankin tertib etdii bank muqavilesini ve bank hesabatini istedikde mene gostermediler. Bu bank emekdaslari deleduzluqla mesguldurlar. Men Baki sher bas prokurrluga muraciet etmek isteyirem. onu da elave edim ki, ne men masin gormusem ne de ki pul almisam. ve menim de hec bir seyden xeberim yoxdur. Men sikayet ucun hara ve hansi orqana muraciet etmeliyem. Mehkemeye nece muraciet edib oz haqqimi teleb ede bilerem. Cavablandirdiginiz ucun size derinden tesekkur edirem. 

Tam cavablandırıldı.
Marked as spam
Klartsen Schezinger tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
08 Fevral 2017 16:39 dəqiqədə yazılıb.
10 baxış
0
Məxfi cavab

Salam.

Çoxlarının buraxdığı səhvi təkrar etmisiniz.

İmza məsuliyyət yaradır.

1. İndiki halda siz məsuliyyət daşıyırsınız. Bankın heç bir günahı yoxdur. Siz özünüz kiməsə şərait yaratmısınız ki, adınıza maşın rəsmiləşdirsin.

2. İndi siz, təcili, bankla bağlanan müqavilənin “aldatma yolu ilə bağlanmış müqavilə” (Mülki Məcəllənin 339.2-ci maddəsi: “Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.”) və ya “yalan müqavilə” ( MM-nin 340.2-ci maddəsi: “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”) olduğuna görə, etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmalısınız.  İddia ilə birlikdə və ya iddiadan da qabaq “iddianın təminat tədbiri kimi” (Mülki Prosessual Məcəllə: “Maddə 157. İddianı təmin etmək üçün əsaslar

 

157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

 

Maddə 158. İddianı təmin etmək üçün tədbirlər

 

158.1. İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər:

158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq;

158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək;

158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək;

158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq;

158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq;

158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

158.2. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər.

158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə:

158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;

158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;

158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır.

158.5. Bu Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrində göstərilən qadağaların pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:

158.5.1. qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 % miqdarında;

158.5.2. qiymətləndirilməyən iddialar üzrə — iki yüz iyirmi manat.

158.6. İddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır.)  maşının saxlanılaraq cərimə meydançasına verilməsi barədə ərizə verin.

3. Sübut etməyə çalışmalısınız ki, aldadılmısınız və ya bankla bağlanılan müqavilənin tərəfi əslində siz deyilsiniz.

4. Bir də həmin– adınıza maşın götürən adamla əlaqəniz varmı? Onu tapın, qoy işini bilsin. O da prosesə “üçüncü şəxs” (Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər

 

57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.) kimi cəlb edilməlidir.

5. Prokurorluğa müraciət etmək sizə heç nə verməz. Probleminizi məhkəmə vasitəsi ilə həll edin.

6. Probleminiz ciddidir. Yaxşı olar ki, etibr etdiyiniz, inandığınız bir hüquqşünasın hüquqi yardımından istifadə edin. Hüquqşünasa çəkəcəyiniz xərc, sizi daha böyük ziyanlardan xilas edər.

 

Sizə uğurlar!

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
08 Fevral 2017 23:55 radələrində cavablandırılıb