Sosial sığorta şəhadətnaməsi haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Dövlət Sosial Sığorta Şəhadətnaməmiz var.Bu nə üçündür?Pensiya üçündür?Tutaq ki, mən 25 yaşımdan pul ödədim və qismət olmadı pensiya yaşına çatım bə bu pul necə olur? mənim sualımı cavablandırın.

Marked as spam
Aida Efendi tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
04 Mart 2016 12:04 dəqiqədə yazılıb.
209 baxış
0
Məxfi cavab

Salam, Aida xanım!

1.  “Sosial sığorta haqqında” Qanunun  4-cü maddəsinə ( Sosial sığorta hadisəsi) əsasən,  

Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

pensiya yaşına çatmaq;

əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olmaq;

ailə başçısını itirmək;

əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

hamiləlik və doğum;

uşağın anadan olması;

uşağa qulluq;

ölüm;

sanatoriya-kurort müalicəsi zərurəti;

işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).

Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.

 

2.   Qanunun 27-ci maddəsinə (Sosial sığorta şəhadətnaməsi (polisi)) əsasən, 

 

Sığortaçı sığortaedənə (olunana) sosial sığorta şəhadətnaməsi (polisi) verir. Sosial sığorta şəhadətnaməsinin (polisin) forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu sənəd Sizin həqiqətən də sığortalandığınızı sübut etmək üçündür.

 

3. Sığorta üzrə ödəmələr sığorta hadisəsi baş verəndə ödənilir. “Ölüm” də belə hadisələrdəndir (4-cü maddəyə baxın).

 

Əlavə məlumat almaq istəsəniz, Qanunun tam mətninə baxın.

 

Uğurlar. Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
07 Mart 2016 01:45 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön