Staja görə əmək pensiyası haqqında.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam!

Sualım nəzəri xarakter daşıyır.

Əgət hər hansı bir kişi məsələn, bu ilin noyabrında 63 yaşı tamam olduğuna görə əmək pensiyasıns çıxıbsa və tutaq ki, bundan cəmi iki ay sonra, yəni 2017-ci il yanvarın 1-dən pensiya yaşının artırılması haqqında qanuna dəyişiklik efilmişsə və ilk mərhələdə kişilər üçün yaş həddi 63.5 müəyyən edilmişsə, həmin vətəndaşa pensiya ödənilməsi yaş həddinə çatana qədər dayandırılırmı, yaxud ödənilən məbləğ ondan  geri alınırmı, yaxud qanunun geri qüvvəsi olmadığından o, pensiya almağa davam edəcəkmi?
Sağ olun!

Marked as spam
Этибар Алиев tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
20 Dekabr 2016 07:06 dəqiqədə yazılıb.
56 baxış
0
Məxfi cavab

Salam, Etibar bəy!

Pensiya hüququ yarandığı andan pensiya hesablanır.

Sonradan qanunda edilən dəyişikliklər vətəndaşın vəziyyətini ağırlaşdırırsa, bu artıq təyin edilmiş pensiyanın nə dayandırılmasına, nə də geri qaytarılmasına səbəb olur.

 Həmin vətəndaş pensiya almaqda davam edəcək.

Uğurlar sizinlə olsun.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
20 Dekabr 2016 19:58 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön