təqaüd haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Baçımın 5 uşağı və 50 yaşı var.həyat yoldaşı neftçı idi və 14 il bundan öncə xəstəlikdən vəfat edib.bacım torpağında çalışaraq təkbaşına övladlarını böyüdüb.iş stajı yoxdu.mənim bacım təqaüdə çıxa bilərmi və hansı yaşda?

 

Marked as spam
Aqsin Dadasoqlu tərəfindən göndərilmişdir
22 Dekabr 2016 11:40 dəqiqədə yazılıb.
49 baxış
0
Məxfi cavab

Salam, Aqşin bəy.

“Əmək pensiyaları” haqqında Qanunun   7-ci maddəsinə  (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri)  62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Qanunun  8-ci maddəsinə  (çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası) əsasən,  “8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır…” 

Gördüyünüz kimi, bacınızın 5 uşağı olduğu üçün,  o, 52 yaşında pensiya almaq hüququ var. Lakin sığorta stajı olmadığına görə pensiya ala bilməyəcək.

Bacımız ailə başçısını itirməyə görə təqaüd alırmı? Bu barədə yazmamısınız. 

Bilməlisiniz ki, həmin Qanunun   14-cü maddəsinə (ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri) əsasən, “14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

14.1.1.1. 18 yaşına çatmamış;

14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;

14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

14.2.      sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.

14.3.      Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.”

Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 

 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində ( 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.) tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

 

Sizə uğurlar arzulayıram. 

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
23 Dekabr 2016 00:02 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön