Teyinati “umimi istifade” olan torpaqa Dashinmaz Emlak Komitesinin verdiyi cixarish

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban muellim,

Yashadiqim qesebede torpaq sahesi almaq istedim. Maklerin mene gosterdiyi 2.5 sotluq yerin senedleshdirilmesinin mumkun olub olmadiqini arashdirdim. Evvelce Belediyyeye muraciet eledim, dediler ki, mumkun olmayacaq. Sebeb kimi torpaqin umumi istifade teyinatli olmasini gosterdiler. Lakin torpaqin sahibi (torpaq yalniz baq kimi Belediyyede qeydiyyata alinib bu adamin adina, yeni mulkiyyetci deyil) mene bildirir ki, Dashinmaz Emlak  Komitesinin vasitesi ile men torpaqa cixarish alib, sene satacam. Sizden oyrenmek isteyirdim ki, bu tip teyinatli torpaqlari adi cekilen komite ozelleshdirib, cixarish vermek huququna malikdir, yoxsa meni aldadirlar?

Evvelceden teshekkurumu bildirirem,

Kamil.

Marked as spam
Kamil Ahmadov tərəfindən göndərilmişdir
10 İyul 2016 13:50 dəqiqədə yazılıb.
221 baxış
0
Məxfi cavab

Salam, Kamil bəy!

1. Ya sizi aldadırlar, ya da bu sözü sizə deyən adam həqiqətən də qanunlardan xəbərsizdir. Əmlak məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) yalnız özəlləşdirmək üçün onun sərəncamına verilmiş obyektlərin yerləşdiyi və həmin obyektlərə xidmət edən torpaq sahələrini satmaq hüququna malikdir. Yəni obyekti alan adam ƏMDK-dan o obyektin yerləşdiyi torpaq sahəsini də ala bilər və ya icarəyə götürə bilər. 

2. Bələdiyyənin inzibati ərazisi daxilində ƏMDK tərəfindən özəlləşdirilən obyekt yoxdursa, bu barədə danışmağa dəyməz.

3.Ümumi istifadədə olan torpaqlar satıla bilməz, qadağandır. Torpağın hüquqi vəziyyətini isə bələdiyyədə olan xəritədən, yaxud da ƏMDK-nın torpaq şöbəsindən (keçmiş Torpaq Komitəsinin səlahiyyətləri onlardadır, kadastrı onlar veir) öyrənə bilərsiniz.

Uğurlar sizə.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
12 İyul 2016 01:41 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön