Torpaq alarkən hansı sənədləri tələb etməliyik?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim,  mən bakı şəhər ətrafından ev tikmək üçün birneçə sot torpaq almaq istəyirəm. Amma  torpağa dayir  sənədləri, yəni adıma keçirəcək hansı sənədləri tələb etməliyəm ki, aldanmayım. Biri mənə çixarış adlanan sənədlə torpaq satdığını deyir, bu sənədlə mən o torpaqda ev tikdirə bilərəmmi? Təşəkkür edirəm

Marked as spam
cemil tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 2)
17 Avqust 2016 22:41 dəqiqədə yazılıb.
89 baxış
0
Məxfi cavab

Salam. 

Əvvəla, yalnız “Çıxarış”ı olan torpaq alın.

İkincisi, “Çıxarış”ın həqiqiliyini yoxlayın . Bununçün həmin çıxarış əsasında Forma-1 alınmalıdır ki, biləsiniz həmin sənəd qanunidir, ya yox.

Üçüncüsü, ev tikmək üçün “Çıxarış” kifayət deyil. Siz tikəcəyiniz evin layihəsini hazırlatdırıb Rayon İcra Hakimiyyətinə məlumat verməlisiniz ki, ev tikəcəksiniz. Bir ay cavab verməsələr tikə bilərsiniz. Ya da etiraz etsələr məhkəməyə müraciət etməli olacaqsınız.

Bu qaydalara əməl etməsəniz, torpağa dair mülkiyyət hüququnu təsdiq edən “Çıxarış”ınız olsa da, orada tikəcəyiniz ev “özbaşına tikili” hesab ediləcək və söküləcək.

Uğurlar və səbr arzulayıram sizə.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
19 Avqust 2016 02:34 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön