torpaq alqı-satqısı

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.  Atam Torpaq alınması üçün bələdiyyəyə müraciət etmişdir. Hərrac yolu ilə 120 kv.m torpaq sahəsinin alınmasında qalib olmuşdur və atama 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikası ƏMDK yanında hərracların təşkili üzrə auksion mərkəzi tərəfindən torpaq sahəsinin alınmasından ötrü hərracda qalib gəlməsinə dair şəhadətnamə verilmişdir.
Lakin atam torpaq sahəsini Dövlət Reyestr xidmətində adına rəsmiləşdimədən 2015-ci ilin dekabr ayında vəfat etmişdir. Mən torpağın alqı-satqısı üçün notariusa müraciət etdikdə Natoriat Qanununun 40-cı maddəsinə əsasən mənimlə alqı-satqı müqaviləsinin bağlanmasından imtina edildi və məhkəməyə müraciər etməli olduğumu izah etdilər.
Bilmək istəyirəm ki, məhkəməyə hansı formada müraciət etməliyəm? Adi ərizə formasında yoxsa iddia ərizəsi formasında?
Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 38, Cavab: 0)
17 Avqust 2016 17:20 dəqiqədə yazılıb.
82 baxış
0
Məxfi cavab

Salam.

Zəhmət olmasa, notariusun cavabını burada dəqiq yazın. Siz hansı məzmunda müraciət yazmışdınız, notarius hansı məzmunda  imtina məktubu verib sizə. Bunu bilmədən sizə dəqiq məsləhət verə bilmərəm.

Siz vərəsəlik haqqında şəhadətnamə aldıqdan sonra atanızın fəvatı ilə bağlı yarımçıq qalan bütün işlərinizi davam etdirə bilərsiniz.

Marked as spam
19 Avqust 2016 02:27 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön