torpaq sahesinde ev tikilmesi uzre

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam! Men bagda ev tikdirmek isteyirem.Torpaq ozeldir.Senedleri arxitektura ve dizayn sobesine verdim. Mueyyen vaxtdan sonra senedi Xezer rayon icra hakimmiyyetine teqdim etdim. 10 gunden sonnra icradan dediler ki, senedler qesebe icra numayendeliyindedir. Baga gedende icradan gelib baga baxdilar. Dediler ki, hele 3 defe gelib baxmalidilar sputnikden cekilmelidir. Dedim elqerez ne edim. Dediler her mertebesine 1000 manat ver isteyirsen 4 mertebe tik, 1 mertebeli ev tikmek isteyirem,ancaq mansarida sayirlar. Dedim bes prezidentin serencami var 12 metrden yuksek olarsa,ona icaze lazimdir. Dedi  ne serencam budu vessalam senedler duzdur icrada baxib gonderibler qesebe numayendeliyine. Dedim tiksem nece, dedi 4000 manat cerime olunacaqsan. Demeli men bos bosuna senedleri duzeltdirdim. Mene meslehetiniz ?

Marked as spam
Ilqar Alibejzade tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
19 Dekabr 2016 12:19 dəqiqədə yazılıb.
52 baxış
0
Məxfi cavab

Salam, İlqar bəy!

Yazdıqlarınızdan aydın olur ki, siz qanunvericiliyin tələblərinə əməl edərək layihəni RİH-ə təqdim etmisiniz. Ancaq sənədlərin qəsəbə nümayəndəliyinə göndərilməsi qanunsuzluqdur.

RİH özü sizə ya müsbət, ya da imtina cavabı verməlidir.

Təəssüf ki, yüz minlərlə vətəndaşımız kimi siz də rüşvət maşını ilə toqquşmusunuz.

Siz RİH-dən qanuni cavab tələb edin və alacağınız cavaba uyğun olaraq, növbəti addımları atın: məhkəməyə müraciət edin.

Çətinliyə düşsəniz, tanıdığınız, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə səbr və dözüm arzulayıram.

Ruhdan düşməyin və geri çəkilməyin, qanunun sizə verdiyi hüquqlardan, müdafiə vasitələrindən ardıcıl, düzgün və səbrlə istifadə etsəniz, mütləq niyyətinizə çatacaqsınız.

Hörmətlə.

Marked as spam
19 Dekabr 2016 23:47 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön