Torpaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.1998-ci il tarixdə qaraj yeri üçün Sumqayıt şəhər Memarliq və şəhərsalma idarəsinə 106084 manat pul ödəmişəm.Bəs bu pulu nə üçün alıblar?Qəbzi hələdə özümdə saxlamışam.2.həmən ərazidə kristal abşeron bina inşa edir.Mənim fikrim budur ki,tikinti şirkəti qarajımı başqa bir yerə köçürsün.aramızda mübahisə  yaranıb.Bildirir ki,İcra hakimiyyəti torpağı mənə verib və torpaqlar mənimdi qaraja görə 3000 manat pul təklif edir.Mən də bununla narazılığımı bildirdim.indi qalmışam belə.Siz mənə köməklik edin,şirkət qarajı öz hesabına köçürməyə borcludur,borcludursa məhkəmədə hansı iddiaları irəli sürməliyəm?Təşəkkür edirəm.

Marked as spam
Qoşqar Namazov tərəfindən göndərilmişdir (Sual: 6, Cavab: 0)
19 Dekabr 2016 16:04 dəqiqədə yazılıb.
32 baxış
0
Məxfi cavab

Salam, Qoşqar bəy.

Sizə qarşı qanunsuzluq olur.

Qaraj yeri barədə əlinizdə sərəncam və ödəmə qəbzləri varsa, deməli, “Kristal Abşeron”a verilən sərəncam qanunsuzdur və Siz həmin sərəncamın qismən (sizin torpağa münasibətdə) ləğv edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

Siz bu barədə firma ilə əvvəl danışın, sizin tələbləri qəbul etməsələr, məhkəməyə müraciət edin və “iddianın təminat tədbiri kimi” tikintinin dayandırılmasını məhkəmədən xahiş edin.

Bu halda sizinlə hesablaşmağa məcbur olacaqlar.

Çətinliyə düşsəniz, etibar etdiyiniz bir hüquqşünasın hüquqi yardımından istifadə edin.

Sizə səbr və uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
19 Dekabr 2016 23:57 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön