Vəsadət qaldırmaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim sizə daha bir sualımız var. Bəri başdan təşəkkür edirəm. Belə ki, qeyd etdiyim kimi mənə qarşı bilə-bələ yalan iddiayla məhkəməyə müraciət olunub ki, guya mən və anam iddiaçıya məxsus evi 2013-cü ildən zəbt etmişik. (guya əvvəl atam zəpt etmişdi, atam rəhmətə gedəndən sonra mən və anam zəpt etmişik). Məhkəmə baxışı 2 mart 2017-ci ilə təyin olunub və çox güman ki, qərar qəbul ediləcək. Bilmək istəyirəm ki, mən qərarın rəddinə və iddiaçının bilə-bilə yalan iddiayla məhkəməyə müraciət etdiyinə görə məhkəməyə necə vasadət verə bilərəm və hansı cəzanı xahiş edə bilərəm. Mümkünsə ərizə forması varsa onu da qeyd edərdiniz. Minnətdaram

Tam cavablandırıldı.
Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 29, Cavab: 0)
10 Fevral 2017 16:28 dəqiqədə yazılıb.
55 baxış
0
Məxfi cavab

Salam, Mirmehman bəy.

MPM-nin 120-ci maddəsinə  (iş vaxtını itirməyə görə məbləğin tutulması) əsasən, “Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.”

Bununçün siz məhkəməyə ərizə verməlisiniz. 

Qanunda belələrinə qarşı cəza verilməsi nəzərdə tutulmayıb. Siz elə bu maddə ilə o adamdan kompensasiya ala bilsəniz,  kifayət edər.

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
11 Fevral 2017 01:16 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön