Vətəndaşliq və Miqrasiya

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam hörmətli Qurban bəy.Mənim sualım vətəndaşlıqdan imtina ilə bağlıdi.Vətəndaşlıqdan imtina ilə bağlı prosedurları bilirəm.1 ci sualım dövlət rüsumu ilə bağlıdı.Dövlət rüsumu 400 ABŞ dollarıdı.mən vətəndaşlıqdan imtina üçün Azərbaycandan müraciət etmək istəyirəmsə yenədə rüsumu ABŞ dolları ilə etməliyəm? 2 ci sualım  mənim  vətəndaşlıqdan imtina ərizəmə rədd cavabı verilə bilərmi?Rədd üçün heç bir əsas olmasa belə.3 cü sualım egər vətəndaşlıqdan imtina ərizəm qəbul edilsə və vətəndaşlıqdan çıxarılsam sonrakı statusum nə olacaq?Bu o anlama gəlir ki mən eyni zamanda Azərbaycanı tərk etməliyəm?”Əgər Azərbaycanı tərk etsəm xarici ölkələrdə sığınacaq ala bilərəmmi?

Yəni mənim sualım vətəndaşlıqdan imtina və başqa ölkədə sığınacaq almağın hüquqi yolu ilə bağlıdı?Mən istəyirəm ki məni vətəndaşlıqdan çixarsınlar.Çünki bu ölkədə haqq-ədalət yoxdu.

Artıq dərəcədə xahiş edirəm sualımı ən qısa zamanda cavablandırın.Vətəndaşlıqdan imtina səbəblərimi bu prosedura başlayanda hüquqşünasla danışacam.

Diqqətiniz üçün təşəkkürlər.

      Tural Abdullayev

Marked as spam
Tural Abdullayev tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
24 Yanvar 2017 16:54 dəqiqədə yazılıb.
32 baxış
0
Məxfi cavab

Salam.

1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinə ( Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) əsasən,  “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur”

2. “Dövlət rüsumu haqqında” Qanunun 14.14-cü maddəsinə əsasən, vətəndaşlıqdan çıxmaq barədə ərizələrdən alınan dövlət rüsumu 110 manatdır.

3. İstədiyiniz ölkədən vətəndaşlıq ala bilərsiniz.

4. Vətəndaşlıqdan çıxmaq ölkəni məcburi tərk etməyə səbəb olmur.

Təşəkkürlər.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 147)
25 Yanvar 2017 01:35 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön