xəstəlik hərbi xidməti vəzifəsini yerinə yetirərkən almışdır

« Əvvəlki səhifəyə geri dön
0
0

salam!hərbi xidmətdən xəstəliklə vaxtindan əvvəl ehtiyata buraxilmış əsgərə verilən arayışda. xəstəliyi xidməti vəzifələrini yerinə yetirərkən almışdır.yazilibsa hansi imtiyazlara sahibdi bu sənəd.pensiyasında bir fərq olacaqmı?prizdent təqaudu şamil olacaqmı? verilən .əhadətnamədə xəstəlikdir xidməti xəzifələrini yerinə yetirərkən almısdır sözləri hansı statusa şamil olunur? .diqqətinizə görə təşəkkür edirəm .

Marked as spam
kenan111 tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
16 Mart 2016 00:19 dəqiqədə yazılıb.
305 baxış
0
Məxfi cavab

Salam.

 

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun  5-ci maddəsinə əsasən, “

Maddə 5. Sığorta hadisələri və ödənişləri[7]

 

Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:

a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

&ccedil:) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:

– I qrup əlilliyə görə — 80 faiz;

– II qrup əlilliyə görə — 60 faiz;

– III qrup əlilliyə görə — 40 faiz;

d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:

– ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;

– yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

 

2. Xəstəlik ümumi anlayışdır. Həmin xəstəlikdən əlillik alınıbmı? Sual tam deyil.

 

3. Prezident təqaüdü,   əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə təyin edilir. Hər hərbi hissədə xəstələnənə prezident təqaüdü verilmir.

 

hörmətlə.

P.S. 4. Pensiya problemləri ilə bağlı bu ünvana baxın: http://www.e-qanun.az/framework/7081
Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
16 Mart 2016 00:58 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön