Yardim

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam qurban Bey! Qaradag rayon erazisinde qanunsuz tikilide yashayiram. Men torpagi evi senedleshdirmek isteyirem . Mene yardim etmeyinizi xahish edirem . Evvelceden tewekkur edirem.!

Marked as spam
Rashad Memmedov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
13 Yanvar 2017 02:11 dəqiqədə yazılıb.
21 baxış
0
Məxfi cavab

Salam, Rəşad bəy.

Siz, öncə, evin altındakı və ona xidmət edən zəruri torpaq sahəsini, bələdiyyəyə müraciət edərək öz mülkiyyətinizə almalı, mülkiyyət hüququ barədə “ÇIXARIŞ” aldıqdan sonra isə, ya həmin torpaq sahəsindəki tikinti üzərində mülkiyyət hüququnuzun tanınması barədə, Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən (180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz) məhkəmədə iddia qaldırmalı, ya da tikilinin qeydə alınması barədə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etməlisiniz.

Bir məsələni bilməyiniz zəruridir. Bələdiyyədə sizə deycəklər ki, torpağı birbaşa sizə satmaq hüquqları yoxdur, guya yalnız hərrac vasitəsilə almalısınız. Ancaq həmin qəsəbədə(kənddə, şəhərdə) pasport qeydiyyatında olmaqla 5 ilədək yaşamısınızsa, torpaq sizə hərracdan kənar satılmalıdır.

Bu hüququnuz ola-ola bələdiyyə sizə torpaq satmaqdan imtina edərsə, məhkəməyə müraciət etmək hüququnuz var.

Bu məsələdə çətinliyiniz olsa, inandığınız, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə uğurlar arzu edirəm.

Hörmətlə.

Marked as spam
14 Yanvar 2017 02:14 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön