Yaşayış binalarının həyətlərində, yəni ümumi istifadədə olan ərazilərində maşınların parklanması zamanı qanunsuzluqlar barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.

İlk öncə Novruz bayramınızı təbrik edir, həyatda sizlərə xoşbəxtlik arzuluyuram.

Narahatçılığa görə üzr istəyərək, bir məsələ üzrə fikirinizə baş vurmaq istiyirəm.

Məsələ, yaşayış binalarında sakinlərin ümumvətəndaş istifadəsində, yəni binanın həyətlərində maşınların park edilməsi zamanı bəzi sakinlərin öz maşınlarını park edərkən qanunsuzluq etmələrindən ibarətdir.

Bu məsələ üzrə Milli Məclisə online olaraq sorğu ünvanlamışam. Sorğunun tam mətni aşağıdakı kimidir:

Salam.

Sizə sualım, yaşayış binalarında sakinlərin öz maşınlarını park etməsi ilə bağlıdır. Bəzi sakinlər yaşayış binalarında ümumvətəndaş istifadəsi üçün olan əraziləridə, yəni yaşayış binalarının həyətlərində öz maşınlarını park edərkən çox vaxt digər sakinlərə qarşı kobudcasına hüquq pozuntusu və hörmətsizlik edirlər. Bu ondan ibarıtdir ki, sakinlər öz maşınlarını park eləmək üçün öz istədikləri yerlərə dəmirlər basdırır, müəyyən maeələr qoyur. Digər bir hörmətsizlik isə ondan ibarətdir ki, bəzi sakinlər bir-birləri ilə sözləşərək maşınlarını əyri (yəni iki və üç maşınlıq yerdə) saxlayırlar və özləri üçün müəyyən yeri zəbt edirlər. Sonra zəngləşərək maşınlarını düzəldir və digər maşınlarını park edirlər. Nəticədə, onlardan əvvəl gələn sakinlər bu vəziyyətdən əziyyət çəkirlər. Həmin maneələri aradan qaldırdıqda və digər hərəkətlərinə görə sakinlərə irad bildirdikdə mübahisələr yaranır. Aidiyyatı üzrə birinci növbədə cavabdeh olan rayon MKİS-ləri şikayət üzrə maneələri aradan qaldırır, lakin cəza tətbiq edə bilmədiyindən bu hallar sakinlər tərəfindən təkrarlanmaqda davam edir.İkinci növbədə rayon üzrə polis bölmələrinə şikayət etdikdə, onlarda inzibati xətalar məcəlləsində bu hallar üçün cərimələrin nəzərdə tutulmadığını bildirirlər. Baxmayaraq ki, vətəndaşlar polislər tərəfindən xəbərdarlıq olunur, amma cəza tədbirinin olmamasına görə bu halları təkrarlamağa davam edirlər.

Qanunvericilik orqan olaraq sizlərə sualım budur ki, belə hallar üçün qanunda cəza tədbirləri və ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulan müəyyən bir şeylər varmı?

İkinci sualım isə ondan ibarətdir ki, əgər belə hallar üçün qanunvericilikdə heç bir hal yoxdursa, yenilənməkdə olan və cari ilin may ayının 1-indən dəyişikliklərlə qüvvəyə minəcək inzibati xətalar məcəlləsində bu halları əlavə etmək olarmı?

Sorğuda qeyd elədiyim halların tez-tez təkrarlanması səbəbindən məcburən məsələ üzrə DİN-nə müraciət etdim. Yaxın vaxtlarda izahat yazmaq üçün Polis Bölməsinə izahat yazmaq üçün dəvət edəcəklərini dedilər. PB-də yazmağı fikirləşdiyim izahatın mətnini Sizə göntərirəm. Mətində “SİZ” yazısı ilə PB-nin rəisi nəzərdə tutulur. Mətn:

Yaşadığım küçə olan Seyid Əzim Şirvani 1 küçəsinin 10-cu, 9-cu və 8-ci bloklarının qarşısı olan və ümumvətəndaş istifadəsində olan ərazi əsasən binanın sakinləri və əraziyə gəlib-gedən vətəndaşlar tərəfindən nəqliyyat vasitələrinin park olunması üçün istifadə olunmaqdadır. Təəssüf ki, bu ərazi adları qeyd olunacaq bir sıra sakinlər tərəfindən yalnız öz nəqliyyat vasitələrinin park edilməsi üçün qanuna zidd bir şəkildə və binanın digər sakinlərinə qarşı kobud və təhqiramiz şəkildə zəbt olunmaqdadır. Həmin sakinlər ilk əvvəl həmin əraziyə müəyyən maneələr-daşlar, dəmirlər qoymaqla, yerlərə dəmirlər basdırmaqla, yerlərə və divarlara öz maşınlarının nömrələrini qeyd etməklə və s. ərazini yalnız özləri üçün saxlayır və digər sakinlərin nəqliyyat vasitələrini park etməyə icazə vermirdilər. Maneələri aradan qaldırıb nəqliyyat vasitəsini park etdikdə həmin sakinlər qəti şəkildə etiraz edir, maneələrin onlara məxsus olduğunu, heç bir şəxsin əl dəyməyə hüququ olmadığını bildirir və maneələri yenidən həmin ərazilərə yerləşdirirlər. Həmin ərazinin onlara məxsus olduğunu, uzun müddət həmin ərazilərdə yaşadıqlarını və digərlərinin (yeni gələn sakinlərin, yeni nəqliyyat vasitəsi almış şəxslərin) həmin ərazidə nəqliyyat vasitəini park etmək hüququnun olmadığını bildirirlər. Həmin sakinlərlə söhbət zamanı düz eləmədiklərini, hərəkətlərinin qanuna zidd olduqlarını, digər sakinlərin haqq və hüquqlarını tapdaladıqlarını izah etdikdə heç bir nəticə əldə olunmur. Nəticədə mübahisə böyüyür və münaqişə həddinə gəlib çatır. Bunlara fikir verməyərək nəqliyyat vasitəsini həmin ərazidə park edərkən həmin sakinlər bilərəkdən və olduqca çox yaxın, yəni sürücü qapısının yanına öz maşınlarını park edərək qəsdən əngəl yaradırlar (bu gün baş verən hadisə kimi). Belə olduğu halda öz maşınına minə bilməyən şəxs həmin sakini (sakinləri) evindən çağırmağa və yenidən mübahisə aparmağa məcbur olur və cavabında daima bu cür hərəkət edəcəklərini bildirirlər, həmin ərazilərin yazılmamış qanunlara əsasən onlara məxsus olduğunu bildirilər. Nəticədə, bilə-bilə insanı davaya, münaqişəyə məcburən sövq edirlər.

Bu məsələnin həlli üçün ilk əvvəl ərazi üzrə cavabdeh olan MKİS-ə müraciət etdim və sonra rayon İH-nə şikayət məktubu yazdım. Şikayətin araşdırılması dövründə eyni səbəbdən bir blokda yaşadığım Andrey adlı sakinlə münaqişə yarandı. Dərhal DİN-nin 102 xidmətinə zəng etdim və məsələni bildirdim. DİN-nin 102 xidməti məsələyə operativ yaxınlaşaraq məni Xətai rayonu 34 nömrəli polis bölməsinə yönəltdi. Burada məndən izahat alındı və Sizinin adınıza əzirə yazdım. Sizin tərfinizdən məsələ nəzarətə götürülərək ərazi üzrə cavabdeh olan mayor Ramin müəllimə tapşırıldı. Bundan sonra məsələ araşdırıldı və həmin Andrey adlı sakinə qanunun tələbləri izah olundu. Ramin müəllim sonuncu dəfə məni bölməyə çağıraraq Sizin də həmin sakinlə danışdığınızı qeyd etdi. Məsələnin həll olunduğu üçün Ramin müəllimə təşəkkürümü bildirdim və   Sizə minnətdar olduğumu bildirdim. Məsələnin həll olunduğu dövr ərzində MKİS tərəfdən maneələr sakinlərə xəbərdar olunmaqla qaldırıldı və bu zamana kimi əraziyə heç bir maneələr qoyulmadı.

Çox təssüf ki, həmin sakinlərin çox az bir hissəsi (üç sakin və ya ayrı-ayrılıqda 3 ailə. Digər sakinlər isə Sizin və MKİS-in qanuni tələblərinə riayət etməkdədirlər) qanunun tələbləri ilə qısa müddət razılaşdılar və əvvəlki davranışlarını davam etdirmək üçün alternativ yollar axtardılar. Yenə də qanuna zidd bir yol taparaq əvvəlki hərəkətlərinə yenidən başladılar. Alternativ yol bundan ibarətdir ki, həmin sakinlər öz aralarında sözləşərək, öz maşınlarını əyri, iki maşınlıq və ya üç maşınlıq yerdə saxlayırlar. Əlbir olanlardan ilk gələn sakin bu cür edir, digəri və ya digərləri üçün yer saxlayır. Digər sakin gəldikdə birinci gələn sakinlə əlaqə saxlayır. Bu zaman birinci gələn sakin mənzilindən aşağı düşür, maşınını düzəldir digər gələn sakin öz maşınını həmin ərazidə park edir. Bu hərəkətləri sutkanın istənilən vaxtında açıq-aşkar, digər sakinləri təhqir edərcəsinə edir və həmin ərazinin hegamonları olduqlarını göstərirlər. Nəticədə əlbir olan sakinlərin birindən əraziyə gec gələn sakinlər məcburən yaşadıqları ərazidən kənarda park yerləri axtarırlar, baxmayaraq ki, yaşadıqları ərazidə yer var, ancaq əlbir olan sakinlər tərəfindən qanunsuz olaraq tutulub.  Bu hərəkətə yol verən sakinlər həmin küçədə 10-cu blok 5-ci mərtəbədə yaşayan sakinlər (Kənan-Kamran-Azər qardaşları.), 10-cu blokda yaşayan və Kənan-Kamran-Azər qardaşları ilə əlbir olan, adını bilmədiyim sakin, əvvəllər qanunsuz hərəkətlərinə görə Sizin və Ramin müəllim tərəfindən xəbərdar edilən Andrey və son olaraq 7-ci blok birinci mərtəbə sağ qağı tərəfdə yaşayan Elnur adlı sakindir.

Bu gün bir daha DİN-nin 102 xidmətinə və sizə müraciət etməyimin sabəbi yuxarıda qeyd olunan 3 qardaşlarla və onların əlbir olduğu adını bilmədiyim xanımla baş verən mübahisədir. Dünən axşam tərəfi həyat yoldaşım idarə etdiyi maşınla həyətə daxil olarkən həmin qardaşların “özləri üçün ayırdıqları ərazidə” (həmin ərazidə 3 maşın olduqca rahat oluna bilir.) yenə iki nəfərlik maşın üçün yer saxlandığını və bir maşın üçün yer olduğunu görür. İdarə etdiyi maşını boş olan yerdə park eləməyi qərara alır və park edir. Lakin park eləməni qurtardığı zaman həmin əraziyə, qardaşlarla əlbir olan xanım idarə etdiyi maşınla yaxınlaşır, dərhal siqnal verərək və xəbərdarlıq edərək bildirir ki, maşını həmin ərazidən götürsün və başqa ərazidə park etsin. Lakin həyat yoldaşım həmin qadının qanunsuz tələblərinə məhəl qoymayaraq maşından düşür və evə doğru irəliləyir. Bu zaman həmin qadın başımıza müxtəlif növ oyunlar açacağı ilə hədə-qorxu gəlir, qadına yaraşmayacaq ifadələr işlədir. Bununla kifayətlənmiyib  idarə etdiyi maşını düz maşınımızın qarşısında çıxışımızı kəsərək saxlayır, özü isə sürücü tərəfdən düşə bilməyərək əks tərəfdən düşərək bir daha qadına yaraşmayan hərəkət nümayiş etdirir. Evdə olmadığımdan məsələyə müdaxilə edə bilmirəm. Həyat yoldaşım baş verən hadisəni mənə göstərmək üçün foto şəkillər çəkmişdir.

Evə gəldiyim zaman həyat yoldaşım olanları mənə dedi və fotoşəkilləri göstərdi. Mən isə çox nahaq yerə dərhal DİN-nin 102 xidmətinə müraciət etmədiyini irad tutdum. Səhər öz işim üçün evdən çıxıb maşınımıza yaxınlaşdıqda, həmin qardaşlardan birinə məxsus olan maşınlardan birinin öz maşınımıza olduqca yaxın, sürücü qapısı tərəfindən saxlandığını gördüm. O dərəcə yaxın saxlanılıb ki, maşınına minmək mümkün deyil, baxmayaraq ki, bir az aralı saxlamaq üçün kifayət qədər yer var. Bu mənzərəni fotoşəkillə qeydiyyata aldım və eyni zamanda əraziyə gələn polis əməkdaşı da bunun şahidi oldu. Bu zaman əsəblərimi son dəfə cilovlayaraq düşündüm ki, həmin sakinlə söhbət eləmək mənasız olacaq. Çünki həmin sakin bilərəkdən məni (başqalarını) çox ciddi mənfi nəticələrə təsir olacaq münaqişəyə sövq edir. Haqli ikən haqsız duruma düşməmək üçün DİN-nin 102 xidmətinə zəng vurdum.

Hal-hazırda bu qardaşlardan və onların əlbir olduqları qadından şikayətçiyəm.  Həmin qadının bizi təhdid etməsindən və xoşagəlməz ifadələr işlətməsindən, maşınımızın qabağını kəsərək etdiyi hərəkətdən şikayətçiyəm.

Bu ərizəni ətraflı yazaraq Sizdən son dərəcədə xaiş edirəm ki, həmin qardaşların və onlarla əlbir olanların,  Andreyin və əlbir olduğu Elnurun həmin ərazidə qanunsuz həkətlərinə, hegemonluq etmələrinə, binanın ictimai-asayişini pozmalarına, digər sakinləri bu çür hərəkətlərlə təhqir etmələrinə son qoyasınız.

Qeyd elədiyim məsələyə hüquqi qiymət verilməsinə, bu cür hərəkətlərə yol verənlərin İnzibati Xətalar və ya Cinayət məcəlləsinə uyğun cəzalandırılmasına necə nail ola bilərəm?

Qeyd elədiyim məsələni sübuta yetirəcək foto şəkillər mövcuddur.

Həmin sakinlərin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmsını istiyirəm. İnzibati məsuliyyətə ona görə ki, müəyyən yerləri xətləyərək, maşın nömrələri qeyd edərək digər sakinlər arasında xof  və qorxu yaradır, maşınlarını əyri, yəni 2 və 3 maşınlıq yerdə saxlayaraq digər sakinlərin haqq və hüquqlarını bilərəkdən məhdudlaşdırırlar.

Cinayət məsuliyyətinə cəlb olunmasını ona görə istiyirəm ki, “onların yerlərində” maşın park edərkən öz maşınlarını digər maşının sürücü qapısına olduqca yaxın saxlayır (bu halda masına minmək olmur) və nəticədə insanı mənfi nəticələrə sabəb olacaq münaqişələrə sövq edirlər. Mübahisələr zamanı isə belə hərəkətlərə davam edəcəkləri, eyni zamanda başqa hərəkətlər edəcəklətini deyərək təhdid edir, hədə-qorxu gəlir və xoşa gəlməz ifadələr işlədirlər.

Əvvəlcədən təşəkkürlər.

Marked as spam
mubariznuriyev tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
20 Mart 2016 14:00 dəqiqədə yazılıb.
256 baxış
0
Məxfi cavab

Salam.

Qaldırdığınız problem qanunlarımızdakı boşluqlarla bağlıdır.

Ümumi istifadədə olan torpaq sahələrinin ayrı-ayrı vətəndaşlar tərəfindən fərdiləşdirilməsi (faktiki özəlləşdirilməsi) qanunsuz hərəkətdir.

Ancaq “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən, yalnız yolun hərəkət hissəsində maşınları saxlamaq və ya durmaq qadağan edilib. Belə çıxır ki, binaların qarşısındakı yerlərdə maşın saxlamaq olar.

Lakin binaların qarşısında olan və ya onlara xidmət edən zəruri torpaq sahələri maşın saxlmaq üçün yox, daha çox, sakinlərin (uşaqların) gəzintisi, istirahəti üçün, eləcə də xüsusi təyinatlı maşınların (təcili yardım, yanğın, polis və s.) hərəkəti üçün nəzərdə tutulub. Görünür Siz deyən kimi, İnzibati xətalar Məcəlləsinə əlavələr edilməsinin vaxtı yetişib. Həyətlərdə maşın saxlamaq qadağan edilməli, yaxud da qaydaya salınmalıdır. Maşınların park edilməsi üçün dövlət tərəfindən tədbirlər görülməli, yeni tikilən binalarda mütləq qarajlar nəzərdə tutulmalıdır və s.

Siz isə toxunduğunuz problemlə bağlı indilik polis orqanlarına müraciət edib həmin vətəndaşların özbaşınalıq hərəkətlərindən şikayət edə bilərsiniz.

"Yol hərəkəti haqqında" Qanunun 31-ci maddəsinə (nəqliyyat vasitələrinin saxlanılması) əsasən, "I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir. II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları: 1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar; 2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri: 1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər; 2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar; 3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər; 4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər; 5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər. V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar." Təəssüf ki Qanunun bu tələblərinə tam əməl edilmir. Əslində, binaların həyətləri maşın saxlamaq üçün nəzərdə tutulmur.

Hörmətlə,

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
20 Mart 2016 18:05 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön