Yeni tikilmiş binalarda tələb olunan “sayğac pulu”

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bey,

Yene sizi narahat eliyirem, uzurlu hesab edin!

Yeni tikilmish binada aldiqim ev ucun Tikinti Shirketi menden 800 AZN “sayqac pulu” teleb eliyir ve bildirir ki, eyer odemeseniz evin acarlari size verilmeyecek. Evin pulunu tam odemishem, muqavile imzalamishiq (sermayeci kimi) ve kontraktda sayqacla baqli yalniz ashaqidaki bendde gosterilenler var:

Sayqaclar (elektrik, qaz, su ve s.) qurashdirilarken ve qaz sizmasi, menzile ve qeyri yashayish sahesinde bash vere bilecek her hansi diger bir sizmanin qarshisinin alinmasi ucun xususi cihazlarin qurashdirilmasini menzil ve ya qeyri yashayish sahesinin mulkiyyetcisi hesabina “LIDER AYTA MTK” terefinden qurashdirmaq;

Cumle qrammatik cehetden duz olmasa da, menim basha dushduyum qederi burada sayqaclarin deyil, sizmanin qarshisinin alinmasi ucun nezerde tutulmush cihazlarin mulkiyyetci terefinden odenilmesinden sohbet gedir. Bele olan halda Shirketin menden adi cekilen mebleqi teleb etmesi ucun haqlari var? Yoxdursa, mene ne meslehet vererdiz?

Teshekkurler,

Kamil.

Marked as spam
Kamil Ahmadov tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
12 İyul 2016 10:06 dəqiqədə yazılıb.
263 baxış
0
Məxfi cavab

Salam.

Tamamilə düz izah edirsiniz.

Elektrik sayğacının quraşdırılması bina tikənlə sayğac quraşdıran idarə arasında həll edilən məsələdir. Bakıda hər yerdə belədir, mən aldığım binada da, belə olub. Görünür, kimlərsə artıq qazanc əldə etmək fikrinə düşüblər.

Məhkəməyə müraciət edib, tikinti firmasının üzərinə sayğac quraşdırma vəzifəsi qoydura bilərsiniz. Hətta, bunu vaxtında etmədiyinə görə sizə vurduğu ziyanı da, tələb edə bilərsiniz.

Uğurlar!

Marked as spam
12 İyul 2016 16:07 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön