Zaminin əvəz olunması

« Əvvəlki səhifəyə geri dön
0
0

– Mən dörd il müddətinə 15000 manat məbləğə əmək haqqı ilə zamin dayanmış iki zamindən biriyəm. Yaxın aylarda ipoteka ilə ev almaq istəyirəm. Lakin zaminlik müqaviləsi buna imkan vermir. Borcalan banka şifahi formada zaminin əvəz olunması ilə bağlı banka müraciət etsə də, bank bundan imtina etmişdir. Bunu müqavilədə belə maddəninin olmadığı ilə izah edir. Sizdən xahiş edirəm ki, bildirəsiniz, bu məsələnin məhkəmə vasitəsilə həlli perspektivi varmı? Təcrübədə oxşar müsbət qərarlar olubmu? Əvvəlcədən təşəkkür edirəm.

Marked as spam
Bahruz tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
25 Dekabr 2016 09:14 dəqiqədə yazılıb.
41 baxış
0
Məxfi cavab

Salam, Bəhruz bəy. MM-nin  477-ci maddəsinə (zaminliyə xitam verilməsi) əsasən, “477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:

477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”

Kreditorun razılığı ilə də zamin dəyişdirilə bilər. Qanun bunu qadağan eləmir. Kreditor razı olmasa, heç bir məhkəmə, MM-nin 477-ci maddəsindəki hallardan başqa,  zaminin dəyişddirilməsi barədə qərar qəbul edə bilməz.

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
26 Dekabr 2016 03:08 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön