zaminlərimin əmək haqlarından tutulmaları necə dayandıra bilərəm?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Mənə zamin qalmış şəxslərdən əmək haqlarının 50 faizi tutulur. Zaminlərimin sosial vəziyyəti nəzərə alınmadan bu hal baş verir. Təbii ki, mən də məcburam ki, zaminlərimin əmək haqlarından tutulan məbləgi onlara ödəyim. Bu isə mənim cətin olan sosial durumumu dahada çıxılmaz vəziyyətə salır. Mən zaminlərimin əmək haqlarından tutulmaları necə ləğv etdirə vəya dayandıra bilərəm? Yəni özüm banka hər ay 150-200 manat ödəyə bilərəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 29, Cavab: 0)
05 Sentyabr 2016 16:10 dəqiqədə yazılıb.
58 baxış
0
Məxfi cavab

Salam.

1. Bununçün MPM-nin   231-ci maddəsinə (qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) əsasən,  siz yalnız həmin qətnaməni qəbul etmiş məhkəməyə müraciət etməklə bunu edə bilərsiniz. Başqa heç bir halda və heç bir əsasla qətnamənin icrasından yayına bilməzsiniz. Qeyd etdiyiniz problemləri isə, kredit götürəndə nəzərə almalıydınız.

2. Qanuna görə, Sizin və zaminlərinizin əmək haqqının 50 faizinədək tutula bilər. 

 

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
07 Sentyabr 2016 01:25 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön