T Ə K L İ F – “Uni bank” ASC-nin idarə heyətinin sədrinə – “ 28 .01.2015-ci il tarixli, 09KD/15-1 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”

Paylaşın

 

                                   “Uni bank” ASC-nin idarə heyətinin sədrinə

 

28 .01.2015-ci il tarixli, 09KD/15-1 saylı “Əlavə Kredit Müqaviləsi” üzrə

Borclu: Məmmədova Zəkiyə İmamalı qızı tərəfindən

Ünvanı:  Bakı şəh., C.Xəndan küçəsi, ev 34, mənzil 22.

Əlaqə tel.: (051) 301-46-04

 

“ 28 .01.2015-ci il tarixli, 09KD/15-1  saylı müqavilənin şərtlərinin  

  dəyişdirilməsi barədə”

 

T Ə K L İ F

 

Hörmətli sədr!

Həmin müqavilə üzrə mən, “Unibank”dan illik 21(iyirmi bir) faiz dərəcəsi ilə 36 000 (otuz altı min) ABŞ dolları məbləğində kredit götürmüşəm.

Həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq müqavilə şərtlərini dəyişdirməyinizi xahiş edirəm.

Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında  birdən-birə  50 faizdən artıq qiymətdən düşməsimənim həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir. 

Bu müqavilə bağlanarkən, mən, eləcə də Siz,  milli valyutamızın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faizdən artıq düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik.

Halbuki, mövcud qanunvericilik Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir və bu qadağa imperativ (məcbur edici) normalarla nəzərdə tutulub.

Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.”

Bu maddənin məzmunundan da göründüyü kimi yerli bankların, yerli vətəndaşlara verdiyi kreditlər yalnız manatla ifadə olunmalıdir. Qanunu bu tələbinə əməl edillməməsi, müqavilənin AR MM-nin 337-ci maddəsinə uyğun olaraq,  “etibarsız əqd” kimi mübahisələndirilməsinə  əsasdır.

Hörmətli sədr!

Mən 2015-ci ildə baş verən hər iki devalvasiyanln nəticəsi olaraq, nəinki müqavilə imzalanarkən ehtimal edilən  gəlir əldə etdim, əksinə,  çox böyük ziyana düşdüm.

Hal-hazlrda mən, ölkədə mövcud olan qanunvericiliyin zddinə olaraq, sizin bankın əməkdaşları tərəfindən tərtib olunmuş həmin müqavilə üzrə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 36 000 (otuz altı min)  ABŞ dolları məbləğində kreditin ödənişlərini, müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilsəm də, hazırkı mövcud durum, mənim öz öhdəliklərimi yerinə yetirməyimi qeyri-mümkün edir.

 

 

 

 

 

Hörmətli sədr!

AR Mülki Məcəllənin  556-cı maddəsinin tələblərinə görə,

556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.

Həmin məcəllənin  557-ci maddəsinə görə,

557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.

Hörmətli sədr!

Mən qanunun mənə verdiyi bu imkanlardan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərimi icra etməkdən imtina da edə bilərəm. Çünki, MM-nin 557-ci maddəsinə uyğun olaraq, əslində, Mərkəzi Bank tərəfindən manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı, həmin müqavilə üzrə öhdəliklərimin  icrasını  qeyri-mümkün etmişdir.

Bu isə hüquqi dildə desək, “ Fors-major” halıdır.

Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələblərinə görə, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”.

Qanunun bu tələbi də bank tərəfindən pozulmuş, müqavilədə faizlərin bir ilin başında yox, aylar üzrə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu hal da  müqavilənin AR MM-nin 337-ci maddəsinə uygun  olaraq etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır.

Həmin məcəllənin  422.1-ci yarımmaddəsinə əsasən, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”               

       Hörmətli sədr!                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə  9 ay ərsində 100 faizdən çox qiymətdən düşməsini, həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini, müqavilə şərtlərinin bəzilərinin mövcud qanunvericiliyə zidd olmasını nəzərə alaraq,

 

 

 

 

                                 TƏKLİ F  EDİRƏM :

 

  1. Müqavilənin 2.5-ci bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:

“Bu müqavilə üzrə əsas borc və aylıq faizlər   müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun  Azərbaycan manatı ilə  ödənilməlidir ”.

2.Müqavilənin 2.2-ci  yarımbəndinə  aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Bu müqavilə üzrə əsas borc, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə (Əlavə №1) uyğun olaraq aybaay, illik borc faizləri isə hər bir ilin sonunda ödənilməlidir”.

3.Müqaviləyə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:

“Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 faizdən artıq ucuzlaşması “fors-major” halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir)  yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.

Hörmətli sədr!                  

Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.

Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyəm.

Hörmətlə, borclu  Məmmədova Zəkiyə İmamalı qızı.

 

Qeyd: Başqa şərtlər də təklif edilə bilər.

 

12 yanvar 2016-cı il

 

İmza:                                                     /Z.İ.Məmmədova/