Ə R İ Z Ə (MPM-nin 228-ci maddəsinə uyğun olaraq)
Azərbaycan Respublikası
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə
İddiaçı: hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxs (VÖEN: 1401582432): İsmayılzadə Telman Feyruz oğlu
Ünvanı: AZ 1009, Bakı şəhəri, Nəsimi r-n, Əlimərdan Bəy Topçubaşov ev-37, mən.-2
Faktiki olduğu yer: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: 050-200-66-10, 012-564-42-05
Ə R İ Z Ə
(MPM-nin 228-ci maddəsinə uyğun olaraq)
Möhtərəm hakim!
Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, “Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur”.
Mənim, cavabdehlər Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin Qəbulu və İşlənməsi idarəsi və Bakı şəhəri Vergilər Departamentinin Vergi Borclarının Məcburi Alınması İdarəsinə qarşı “Cavabdehlərin qanunsuz hərəkətləri və qərarları barədə” iddia ərizəm üzrə, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli 2-(81)-2218/2010 saylı qətnaməsi qəbul edilmişdir.
Həmin qətnamənin birinci səhifəsinin giriş hissəsində və sonuncu səhifəsinin nəticə hissəsində, mənə hesablanmış borc məbləği “1396,56” əvəzinə, texniki səhv nəticəsində “931,04” manat göstərilmişdir.
Çünki, iş materiallarında olan sənədlərin tədqiqi və həmin iş üzrə keçirilmiş məhkəmə araşdırması nəticəsində tam sübuta yetirilmişdir ki, cavabdeh tərəfindən mənə hesablanmış qanunsuz borc məbləği 1396,56 manat olmuşdur.
Buna görə də, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli 2-(81)-2218/2010 saylı qətnaməsində düzəlişlər edilməli və qətnamənin birinci səhifəsinin giriş hissəsində və sonuncu səhifəsinin nəticə hissəsində, mənə hesablanmış borc məbləği kimi göstərilmiş “931,04 manat” “1396,56 manat” kimi qeyd edilməlidir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 228-ci maddəsinə əsasən,
XAHİŞ EDİRƏM:
Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli 2-(81)-2218/2010 saylı qətnaməsində düzəlişlər edilməsi və qətnamənin birinci səhifəsinin giriş hissəsində və sonuncu səhifəsinin nəticə hissəsində, mənə hesablanmış borc məbləği kimi göstərilmiş “931,04 manat”ın “1396,56 manat” kimi qeyd edilməsi barədə qərardad qəbul edəsiniz.
Qoşma: — 09 dekabr 2010-cu il tarixli 2-(81)-2218/2010 saylı qətnamənin surəti.
19 fevral 2011-ci il
İmza: / T.F.İsmayılzadə /