Ə R İ Z Ə – Naxçıvan MR Babək Rayon Məhkəməsinə – “Məhkəmə iclasının işə bizim iştirakımız olmadan baxılmasına dair”
Naxçıvan MR Babək Rayon Məhkəməsinə
(Hakim: Səxavət Bəylərli)
İddiaçı: Dünyamalıyev Firəddin Hüseyn oğlunun nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvan: Bakı şəh. Həsənoğlu küç. korpus-7,ev-12, mən.7/8
Tel.: (050) 200-66-10
XAHİŞ: “Məhkəmə iclasının işə bizim iştirakımız olmadan baxılmasına dair”
Ə R İ Z Ə
Hörmətli hakim!
İddiaçı Dünyamalıyev Firəddin Hüseyn oğlu, cavabdeh Dünyamalıyeva Zamiqə Müzəffər qızına qarşı “nikahın pozulması və övladının öz himayəsində saxlanması tələbinə dair” iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə müraciət etmişdir.
Həmin iddia ərizəsi üzrə 2(079)-333/2015 saylı iş Sizin icraatınızdadır.
İş üzrə növbəti məhkəmə iclası 15 dekabr 2015-ci ilə, saat 10:00-a təyin edilmişdir.
Iddiaçı Dünyamalıyev Firəddin Hüseyn oğlunun öz iddia tələbini müdafiə etdiyini bir daha bildirməklə yanaşı, məhkəmə iclasında iştirak edə bilməyəcəyimizi nəzərə almağınızı, 15 dekabr 2015-ci il saat 10:00 təyin edilmiş məhkəmə iclasını, eləcə də iştirak edə bilməyəcəyimiz, bundan sonra keçiriləcək bütün məhkəmə iclaslarını mənim və nümayəndəsi olduğum iddiaçı Dünyamalıyev Firəddin Hüseyn oğlunun iştirakı olmadan keçirəsiniz və yekun qətnamə çıxarasınız.
İşə cavabdeh tərəfin iştirakı olmadan baxılmasına etiraz etmirik.
08 dekabr 2015-ci il
İmza: /Q.C.Məmmədov/