A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ — Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmünə dair
Şirvan Apellyasiya Məhkəməsinə
Zərərçəkmiş şəxs: Xəmmədov Abdul Qaran oğlunun
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Əliyar əliyev küç., ev-67, mən.-62
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-31-64
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmünə dair
A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ
Hörmətli hakimlər!
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmü ilə Əliyev Elnur Yengibar oğlu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Hökm aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, dəyişdirilməlidir.
Belə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, müəyyən edilmiş hallar isə sübuta yetirilməmişdir.
Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən mən vəsatətlə məhkəməyə müraciət edərək, (051) 552-03-69, (051) 948-55-70 və (051) 331-02-44 mobil nömrələrindən (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən təlb edilərək araşdırılmasını tələb etsəm də, vəsatətim heç bir əsas olmadan təmin edilməmişdir.
Halbuki, mən həmin vəsatətimi əsaslandırmaq üçün göstərmişdim ki, mərhumə Vəfa Əliyeva tamamilə savadsız olub, yazıb-oxumağı bacarmayıb. Belə olan halda, mərhumənin Cavad Rəfiyevin istifadəsində olmuş (051) 368-85-98 mobil nömrəsinə özünün, yoldaşı Elnurun, hətta atası Abdul Xəmmədovun istifadəsində olan mobil telefonlardan qısa mesajlar və şəkillər göndərdiyi barədə yazılanlar həqiqəti əks etdirmir. Əgər mənim vəsatətim təmiin edilərək “Azercel Telekom” MMC-dən təlb edilib məhkəmə istintaqı vasitəsi ilə araşdırılsaydı mərhumənin Cavad Rəfiyevə mesaj yazmadığı, şəkil göndərmədiyi və ya göndərilibsə həmin şəkilləri və mesajları mərhumə Vəfa Əliyevanın yox hansısa üçüncü şəxsin göndərdiyi müəyyən edilərdi.
İş üzrə şahid kimi dindirilmiş Rəfiyev Cavad Fərhad oğlu öz ifadəsində göstərmişdir ki, guya mərhumə Vəfa Əliyeva özünün, əri Elnur Əliyevin və atasının istifadəsində olan mobil telefonlardan (nömrələrdən) onun istifadəsində olan mobil nömrəyə mesajlar yazmış, şəkillər göndərmiş və zənglər etmişdir.
Birinci instansiya məhkəməsi bütün bunları əsas götürərək hadisənin qısqanclıq zəminində törədildiyi nəticəsinə gəlmiş və AR Ali Məhkəməsi Plenumunun 12 dekabr 2011-ci il tarixli 3 saylı qərarına istinad etmişdir.
Halbuki, mərhumə Vəfa Əliyevanın Cavad Rəfiyevlə yaxın münasibətlərdə olduğu faktı tam və hərtərəfli araşdırılmamış, zəruri sübutetmə vasitələri ilə təsdiq olunmamışdır. Həmin faktın, yəni mərhumənin Cavad Rəfiyevlə, həqiqətən də, yaxın münüsibətlərdə olduğu yalnız mərhumə Vəfa Əliyevanın istifadəsində olan (051) 552-03-69, əri Elnur Əliyevin istifadəsində olan (051) 331-02-44 və atası Abdul Xəmmədovun istifadəsində olan (051) 948-55-70 mobil nömrələrindən Cavad Rəfiyevin istifadəsində olan (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən təlb edilərək məhkəmə istintaqı vasitəsi ilə araşdırılması nəticəsində öz təsdiqini tapa bilərdi.
Həmin məlumatların tələb edilməsi onun üçün zəruri olmuşdur ki, mərhumanənin yaxın qohumlarının bildirdiyinə görə, mərhumənin baldızı onun adından Cavad Rəfiyevə mesajlar yazmış, şəkillər göndərmiş və onunla görüşmüşdür. Elnur Əliyev öz bacısının həmin hərəkətlərini başa düşdükdən sonra vəziyyəti aydınlaşdırmaq üçün Cavad Rəfiyevi evlərinə çağırmış, mübahisə düşdüyü vaxt Elnur Əliyev bacısını bıçaqla vurmaq istəyərkən mərhumə özünü qabağa vermiş və bıçaq ona dəymişdir. Sonradan hadisənin əsl mexanizmini gizlətmək üçün mərhumənin Cavad Rəfiyevlə yaxın əlaqədə olduğu görünüşünü yaratmağa cəhd etmişlər.
Bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən, hətta mənim bu baradə vəsatətimin olmasına baxmayaraq, edilməmiş, bununla da aparılmış araşdırma natamam olmuşdur.
Buna görə də, hesab edirəm ki, apellyasiya məhkəməsi tərəfindən qismən istintaq aparılmaqla yuxarıda qeyd edilən hallar hərtərəfli araşdırılmalı, Əliyev Elnur Yengibar oğluna birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza daha ağır cəza ilə əvəz edilməlidir.
Yuxarıda qeyd edilənlərə,AR CPM-nin 384.1, 387, 398.1.4, 399.1.1, 400, 402 və 405.1.4-ci maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
İş üzrə apellyasiya şikayətində göstərilən hallarla bağlı qismən məhkəmə istintaqı aparılmaqla, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmünün dəyişdirilərək Əliyev Elnur Yengbar oğlunadaha ağır cəza təyin edilməsibarədə qərar qəbul edəsiniz.
Qoşma: Apellyasiya şikayətinin surəti (3 nüsxə).
28 fevral 2013-cü il
İmza: Q.C.Məmmədov