“Avropa Hüquq Şirkəti” MMC-nin direktoru Z.Tağıyev cənablarına

Paylaşın

“Avropa Hüquq Şirkəti” MMC-nin direktoru
Z.Tağıyev cənablarına

Hörmətli Z.Tağıyev!
Sizin ““Beauttech” gözəllik texnalogiyaları salonu”nun rəhbərliyinə ünvanladığınız 12 iyul 2010-cu il tarixli 39 saylı məktubunuza cavab olaraq bildirirəm ki, məktubunuzda qeyd etdiyiniz 12 avqust 2008-ci il tarixli “abonent hüquqi xidmətlərin göstərilməsi barədə” müqavilənin nüsxəsi bizim salonda olmadığına görə, mübahisənin nədən ibarət olması mənə məlum deyil. Ona görə də, Sizdə saxlanılan həmin müqavilənin surətini mənə təqdim etməyinizi və bundan sonrakı yazışmalarınızı nümayəndəm Məmmədov Qurban Cəlal oğlu (Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8, Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05) ilə aparmağınızı xahiş eirəm.
Əlavə olaraq, nəzərinizə çatdırıram ki, ““Beauttech” gözəllik texnalogiyaları salonu” adlı obyektin mülkiyyətçisi Məmmədov Dunay Zeynal oğludur. 2009-cu ilin iyun ayınadək həmin salonda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nəhmədov Emil Firuz oğlu icarə əsasında fəaliyyət göstərib. Həmin tarixdən etibarən isə, ““Beauttech” gözəllik texnalogiyaları salonu”nda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs – mən fəaliyyət göstərirəm.
Onu da nəzərinizə çatdırıram ki, 2009-cu ilin iyun ayından bu günədək mənim Sizin firma ilə heç bir əlaqəm olmamış və Sizin firma tərəfindən şəxsən mənə heç bir hüquqi yardım döstərilməmişdir. Ona görə də, mənə ünvanladığınız həmin məktubunuzdakı tələblərinizi qanunsuz və əsassız hesab edirəm.

Hörmətlə,
Hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxs: İsmayılzadə Telman Feyruz oğlu
Ünvanı: Bakı şəhəri, Afyəddin Cəlilov küçəsi, ev 8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir