Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Tahirə Əsədova, iş N 2inz(81)-1895/2012) 27 iyun 2012-ci il tarixli qərardadına dair A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına İddiaçı: Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabi oğlu

Paylaşın

Bakı Apellyasiya Məhkəməsinin

İnzibati-İqtisadi Kollegiyasına

 

İddiaçı: Türkiyə Cumhuriyyətinin vətəndaşı

Mehmet Okur Hicabi oğlu

Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Tahirə Əsədova, iş N 2inz(81)-1895/2012) 27 iyun 2012-ci il tarixli qərardadına dair

A P E L L Y A S İ Y A        Ş İ K A Y Ə T İ

Möhtərəm hakim!

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Tahirə Əsədova, iş N 2inz(81)-1895/2012) 27 iyun 2012-ci il tarixli qərardadı ilə mənim cavabdehlər “EUROVİSİON-2012” Üzrə Təşkilat Komitəsinə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəmin mümkün sayılmaması qərara alınmışdır.

Qərardadda, nümayəndəm Q.C.Məmmədovun məhkəmə iclasında iştirak etdiyi qeyd edilsə də, qərardad nümayəndəmin iştirakı olmadan elan edilmişdir və qərardadın surəti mənə 20 iyul 2012-ci ildə poçt vasitəsilə təqdim edilmişdir.

Qərardad aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.

Belə ki, birinci instansiya məhkəməsi mənim iddiamı mümkün saymamaq üçün öz qərardadında göstərib ki, “EUROVİSİON-2012” Üzrə Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılmışır və artıq mövcud deyil.

Birinci instansiya məhkəməsi bu mövqeyini əsaslandırmaq üçün AR İPM-nin 46.3, 46.1, 35.1 və 35.3-cü maddələrinə istinad etmiş, lakin maddələri səhv təfsir edərək, iddianın mümkünsüz sayılmalı olduğu qənaətinə gəlmişdir.

Halbuki, mən iddia ərizəmi İPM-nin 46.1-ci maddəsinə uyğun tərtib etmişəm və cavabdehlərin konkret hansı hərəkətlərini qanunsuz hesab etdiyimi və mənə onların hansı hərəkətləri nəticəsində ziyan vurulduğunu iddia ərizəmdə kifayət qədər əsaslandırmışam.

Bundan əlavə, iddia ərizəmdə cavabdeh kimi göstərdiyim “EUROVİSİON-2012” Üzrə Təşkilat Komitəsinin artıq mövcud olmaması, həmin təşkilat komitəsinin qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş zərərin əvəzinin ödənilməmiş saxlanılmasına əsas ola bilməz. Mən məhz həmin təşkilat komitəsinin qanunsuz hərəkətləri nəticəsində külli miqdarda maddi və mənəvi zərər çəkmişəm. Belə olan halda, həmin təşkilat komitəsinin artıq mövcud olmadığını əsas gətirərək iddiamı mümkünsüz hesab edən birinci instansiya məhkəməsi mənim hüquqlarımı pozan qanunsuz qərardad qəbul etmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən,

 

                                               XAHİŞ EDİRƏM:

 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Tahirə Əsədova, iş N 2inz(81)-1895/2012) 27 iyun 2012-ci il tarixli qərardadının ləğv edilməsi və işin, mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edəsiniz.

 

26 iyul 2012-ci il

                                                             İmza:                                     / Mehmet Okur /

                                               Əvəzindən imza etdi

                             Etibarnamə üzrə nümayəndə:                              / Q.C.Məmmədov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir