Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
Şikayətçi: Qurbanova Lətifə Abdul qızı
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 564-31-64, (050) 200-66-10
Mübahisə olunan məhkəmə aktını qəbul etmiş
məhkəmə orqanının adı və ünvanı:
Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜK
Ünvanı: Z.Xəlilov küç., 540-cı məhəllə
Mübahisə olunan məhkəmə aktı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın
16 noyabr 2012-ci il tarixli, 2(102)-3811/12 saylı qərarı,
Möhtərəm hakimlər!
Qusar Rayon Məhkəməsinin (hakim A.Y.Vəliyev) 2(029)-201/2011 nömrəli iş üzrə 29 iyun 2011-ci il tarixli qətnaməsi ilə Saruxanov Rasim Ərəbxan oğlunun Qurbanova Lətifə Abdul qızı və qeyrilərinə qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin geri tələb edilməsi, özbaşına tikililərin “sökülməsi, maddi zərərin əvəzinin tələb edilməsinə dair” iddiasının rədd edilməsi, iş üzrə 180 manat məbləğində məhkəmə xərclərinin iddiaçı Saruxanov Rasim Əbərxan oğlu ilə cavabdeh Qurbanova Lətifə Abdul qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən: H.Ü.Həmidov, hakimlər A.B.Nuriyeva və N.M.Nəsibov) 2(105)-1085/2011 nömrəli iş üzrə 15 noyabr 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Qusar rayon məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Q.Ə.Allahverdiyev-sədrlik edən,V.Ə.İbayev və İ.Ə.Əliyev) 2(102)-1252/2012 nömrəli iş üzrə 25 aprel 2012-ci il tarixli qərarı ilə iddiaçı Saruxanov Rasim Ərəbxan oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 15 noyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən: G.F.Tağızadə, hakimlər: A.Q.Hüseynov və T.O.Quliyev) 2(105)-834/2012 nömrəli iş üzrə 02 iyul 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Qusar rayon Məhkəməsinin iş üzrə 29 iyun 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Saruxanov Rasim Ərəbxan oğlunun cavabdeh Qurbanova Lətifə Abdul qızına qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin geri tələb edilməsi, özbaşına tikililərin sökülməsi və zərərin əvəzinin tələb edilməsinə dair iddia tələbinin təmin edilməsi, iddiaçı Saruxanov Rasim Ərəbxan oğluna məxsus olan Qusar şəhəri, H.Əliyev prospekti 94 saylı həyətdə cavabdeh Qurbanova Lətifə Abdul qzı tərəfindən özbaşına tutulmuş (zəbt edilmiş) 3 metr 35 sm enində sahə boyu torpaq zolağının alınıb iddiaçıya qaytarılması, iddiaçı R.Ə.Saruxanova məxsus olan evin arxa tərəfində inşa edilmiş özbaşına tikilinin sökülməsi və cavabdeh L.A.Qurbanovadan maddi zərərin əvəzi olan 2.452 (iki min dörd yüz əlli iki) manat pulun alınaraq iddiaçı Saruxanov Rasim Ərəbxan oğluna verilməsi, iş üzrə 180 manat məbləğində məhkəmə xərclərinin cavabdeh Qurbanova Lətifə Abdul qızından tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Əsəd Abdulla oğlu Mirzəliyev və Əli Məhəmməd oğlu Rüstəmov) 2(102)-3811/12 nömrəli iş üzrə 16 noyabr 2012 -ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-834/2012 nömrəli iş üzrə 02 iyun 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Həmin qərardan verilmiş əlavə kassasiya şikayətinin, Ali Məhkəmənin sədri Ramiz Rzayevin 13(102)-14/13 saylı 19 fevral 2013-cü il tarixli qərardadı ilə Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır.
Həmin işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, bunun da nəticəsində, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın iş üzrə 16 noyabr 2012 -ci il tarixli qərarı ilə mənim Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarım pozulmuşdur.
1. AR Ali Məhkəməsinin MK öz qərarını əsaslandırmaq üçün AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin I və II hissələrinə, AR MPM-nin 14, 77, 88, 217 və 218-ci maddələrinə istinad etdiyini qeyd etsə də həmin normaları düzgün təfsir etməmiş bu da mənim mülkiyyət hüquqlarımı kobud şəkildə pozan qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən,
“1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır”.
Kassasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsi üzərində iddiaçı Saruxanov Rasim Ərəbxan oğlunun mülkiyyət hüquqlarının yaranmasının hüquqi əsasını göstərməmiş və bunu yalnız qanunda nəzərdə tutulmayan sübutlarla əsaslandırmağa cəhd etmişdir. Həmin mübahisəli torpaq sahəsinin hansı əsaslarla İddiaçı Saruxanov Rasim Ərəbxan oğlunun mülkiyyətinə verilməli olduğunu əsaslandırmamışdır.
Kassasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, indiki halda “özbaşına tutma”dan söhbət gedə bilməz. Çünki iddiaçının tələb etdiyi torpaq sahəsi 130 il bundan öncə, mənim hüquqi varisləri olduğum insanlara rəsmi dövlət orqanları tərəfindən verilmişdir.
2. AR Mülki Prosessual Məcəlləsinin 81-ci və 387.1-ci maddəsinin tələbləri pozuluş bu da qanunsuz qətnamələr və qərarın qəbul edilməsi ilə nətircələnmişdir.
AR MPM-nin 81-ci maddəsinə əsasən, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”.
AR MPM-nin 387.1-ci maddəsinə əsasən, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun”.
Məhkəmələr hazırki mübahisəni “qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə” yəni Torpaq Komutəsindən, aşağıda göstərilən əsasnaməyə uyğun olaraq, rəy və qanuni sənədləri almaqla həll etmək əvəzinə, öz qərarlarını əsaslandırmaq üçün Qusar şəhər Bələdiyyəsinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, Qusar RİHB-nın Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi və Qusar RHİB-nın Qusar şəhər İnzibati ərazi üzrə nümayəndəliyinin mühəndisi tərəfindən tərtib edilmiş 21 iyun 2010-cu n il tarixli Aktına istinad etmişlər.(bax: qoşma – 7).
Həmin Aktla, müəyyən edilmişdir ki, guya aparılmış ölçmə nəticəsində R.Saruxanovun həyətyanı sahəsinin küçə üzrə (H.Əliyev prospekti-94) uzunluğu 23.65 metr Ə.Məcidovun həyətyanı torpaq sahəsinin küçə boyu (H,Əliyev prospekti-92) uzunluğu 23.40 metr olmuş və guya texniki pasport göstəriciləri ilə həyətyanı sahələrin yerindəki faktiki vəziyyətini müqayisə etdikdə R.Saruxanovun həyətinin uzunluğu qeyd edilən küçə üzrə 3 metr 35 sm azalmış, mənim həyətimin uzuznluğu isə həmin küçə üzrə 7 metr 35 sm artmışdır. Bunun 4 metrinin də digər əhatələnmiş küçənin piyada-keçid sahəsinin zəbt edilməsi hesabına olduğu göstərilmişdir.
Lakin həmin Aktan görünmür ki, Aktı tərtib edən “mütəxəsisslər” hansı rəsmi sənədlərə əsaslanaraq, belə hesab edirlər ki, iddaçı R.Saruxanovun həyətyanı sahəsinin H.Əliyev prospekti boyunca uzunluğu qarşı tərəfdə olan digər qonşunun yox, məhz mənim həyətim hesabına qısalmışdır???
Halbuki, AR Ədilyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 6745 saylı 01 iyun 2011-ci il tarixli əlavə Məhkəmə-Torpaqşünaslıq və Tikinti-Texniki ekspertizasının rəyində də, göstərilir ki, iddiaçının istifadəsində olan faktiki torpaq sahəsi 161.8 kv.m. artıqdır və onun torpaqğının H.Əliyev prospekti boyunca uzunluğunun hanası qonşunun hesabın azalmasını müəyyən etmək mümkün deyildir. (bax: qoşma-8)
Kassasiya məhkəməsi qeyd edilən Aktı əsas götürməklə öz qərarlarını qəbul etsə də nəzərə almamışdır ki, həmin Aktla müəyyən olunan hallar yalnız və yalnız ekspertiza rəyi və ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən hər iki həyətyanı sahələrin dəqiq ölçüləri, döngə nöqtələri və koordinatları müəyyənləşdirilərək təsdiq oluna bilər. Buna görə də qeyd edilən Akt mötəbər sübut hesab edilə bilməz.
Çünki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin III fəslinin 10.20-ci bəndinə əsasən, “Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq…
qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir;”
Göründüyü kimi, torpaq sahələrinin dəqiq yerləşmə koordinantlarını, sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müəyyən edə bilər. Yəni, iddiaçının torpaq sahəsinin uzunluğunun H.Əliyev prospekti boyunca hansı qonşu hesabına azalmasını müəyyənləşdirmək üçün DTXK-nə müraciət edilməli və müvafiq rəy alınmalı idi.
3. AR MPM-nın 81-ci maddəsinin tələblərinin polzulmasına əlavə bir dəlil, ilk baxışda mənim xeyirirmə olduğu görünsə də, kassasiya instansiyası məhkəməsinin öz qərarında istinad etdiyi Məhkəmə-Torpaqşünaslıq və Tikinti-Texniki Ekspertizasının 6745 saylı 01 iyun 2011-ci il tarixli rəyi bu iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki, həmin ekspertizanın predmeti “müəyyən cinayət hadisəsi ilə əlaqədar müxtəlif alətlər və əşyalar üzərində qalan (müşahidə edilən) torpaq hissəcikiləri və yaxıntıları, həmçinin müəyyən konkret sahənin (ərazinin) torpaq örtüyü (eyniləşdirmə və obyekti kimi) ola bilər (Bax: “Məhkəmə ekspertizası qarşısında qoyulan sualların nümunəvi siyahısı”, Hüquq Ədəbiyyatı nəşriyyatı, Bakı-2006, səh.-76).
Torpaq sahəsinin ölçülərinin və yerləşmə yerinin müəyyənləşdirilməsi bu ekspertizanın predmeti ola bilməz.
Möhtərəm hakimlaər!
Bütün bunlara baxmayaraq istər aşağı məhkəmə instansiyaları, istərsə də Ali Məhkəmənin mübahisələndirdiyim indiki qərarında həmin ekspertiza rəyinə istinad edilmiş, lakin nəzərə alınmamışdır ki, həmin ekspertiza rəyi hazırkı mübahisənin hərtərəfli və obyektiv araşdırılması üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
4. AR MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuş, bu da qanunsuz qətnamələrin və qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
AR MPM-nin 220.4-cü maddəsinə əsasən, “Qətnamənin əsaslandırıcı hissəsində … məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər … göstərilməlidir”.
Məhkəmələr öz qərarlarının təsviri hissəsində qeyd etdiyim bu ekspertiza rəyini təsvir etsələr də, əsaslandırma hissəsində ona nəinki istinad etməmiş, həmin ekspertiza rəyini təkzib etmələrinin əsaslarını göstərməmiş, heç təkzib də etməmişlər.
Məhkəmə-Torpaqşünaslıq və Tikinti-Texniki ekspertizasının 6745 saylı 01 iyun 2011-ci il tarixli həmin rəyi ilə mənim istifadəmdə olan torpaq sahəsinin Texniki Pasoportda göstəriləndən 105.7 kv.m. artıq olduğu, lakin həmin artıq torpaq sahəsinin məhz hansı küçə yolu və ya hansı qonşu sahə hesabına artırıldığını müəyyən etməyin mümkün olmadığı, iddiaçı R.Ə.Saruxanovun istifadəsində olan torpaq sahəsinin Texniki Pasportdakından 161.8 kv.m. artıq olduğu və həmin artıq sahənin də, məhz hansı küçə yolu və ya qonşu sahə hesabına artırıldığının dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, eləcə də, mübahisəli 3.35 metr enində sahə boyu torpaq zolağının kimin qanuni istifadəsində olan torpaq sahəsinin ərazisinə düşməsinin və mənim tərəfimdən həyətdə inşa olunmuş anbar təyinatlı yardımçı tikilinin R.Saruxanovun istifadəsində olan torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı müəyyən edilmişdir.
Göründüyü kimi keçirilmiş “ekspertiza rəyi” ilə mübahisıəli torpaq sahəsinin əslində kimə məxsus olduğunun müəyyənləşdirilməsi mümkün olmasa da, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə MPM-nın 81-ci maddəsinə uyğun olmayan sübuta istinad edərək qətnamə qəbul etmiş kassasiya instansiyası məhkəməsi isə, həmin qanunsuz qətnaməni indidki qanunsuz qərarı ilə qüvvədə saxlamışdır.
Möhtərəm hakimlər!
Torpaq Komutəsi tərəfindən döngə nöqtələri və koordinatları müəyyən edilməmiş torpaq sahəsi üzrə qərar qəbul etmək — koordinatları müəyyən edilməmiş hədəfə artireliya atəşi açmaq kimi bir şeydir.
Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğu və mənim tərəfimdən qanunsuz olaraq zəbt edildiyi hakimin şəxsi mülahizələri ilə deyil, müvafiq olaraq ekspertiza rəyi ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və ya müvafiq səlahiyyətli mütəxəsislər tərəfindən müəyyən edilməli idi. Bu isə məhkəmələr tərəfindən edilməmişdir.
Xüsusilə də, nəzərə alsaq ki, ekspertiza rəyi ilə iddiaçının torpaq sahəsinin 161.8 kv.m. artıq olması sübut edilmişdir, deməli, mənə məxsus torpaq sahəsinin iddiaçıya verilməsinin nəinki maddi hüquqi, heç əqli əsası da yoxdur.
6. İddiaçıya “dəymiş” maddi ziyanın hesablanması zamanı da MPM-nın 81-ci və 220.4-cü maddənin tələbləri pozulmuşdur.
Belə ki, həmin hala dair də, iş materiallarında iki rəy var:
a) Qusar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisinin Rəyi, (bax: qoşma-9),
b) AR Ədilyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 17089 saylı 21 fevral 2011-ci il tarixli Məhkəmə Tikinti-Texniki Ekspertizasının Rəyi (ekspert İsgəndərov Xəyyam Eyvaz oğlu) — bax: qoşma-10.
Birinci rəy, yəni, Qusar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisinin Rəyi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmayan rəydir.
Çünki, hər-hansı tikintiyə dəyən zərərin və onun səbəblərinin müəyyənləşməsi, qanunsuz rəy verməyə görə rəsmi qaydada məsuliyyət daşıdığı elan edilmiş ekspert tərəfindən verilən Tikinti-Texniki Ekspertizasının predmetinə aiddir.
İkinci rəy isə, məhz MPM-nın 81-ci maddəsinə uyğun rəy olsa da, nədənsə, Apellyasiya Məhkəməsi (sədrlik edən: Gülnarə Tağızadə) və Ali Məhkəmənin MK-sı öz qərarlarında birinci rəyə, yəni MPM-nin 81-ci maddəsinin tələblrinə uyğun olmayan rəyə istinad etmiş, öz qətnamələrinin təsviri hissəsində şərh etdikləri ikinci rəyi, yəni MPM-nin 81-ci maddəsinə uyğun olan rəyi, MPM-nın 220.4-cü maddəsinin tələblərini pozmaqla qətnamələrin nəticə hissələrində onu rədd etmələri və bu rəddetmənin əsasları barədə bir kəlimə də olsun qeyd etməmişlər.
Haqlı bir sual doğur: həmin məhkəmə Tikinti-Texniki Ekspertizasının rəyinə ehtiyac yox idisə, bu mənasız bir şey idisə, buna məhkəmələr qiymət verməyəcək idisdə və tikintiyə dəyən zərəri Qusar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisinin rəyi ilə müəyyən etmək mümkün idisə, onda, dövlət vəsaitini xərcləyib, sonradan da bu xərci məndən tutmaqla, həmin Tikinti-Texniki Eksperetizasının təyin edilməsinə nə lüzum var idi?
Möhtərəm hakimlər!
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” 31 may 2007-ci il tarixli Qərarında göstərilir ki, Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübut, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamdə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
Eyni tələblər AR MPM-nın 88 və 218.1-ci maddələrində də, nəzərdə tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi (sədrlik edən: Gülnarə Tağızadə) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarının və MPM-nin həmin maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmiş, Ali Məhkəmənin Mülki Kollegiyası (sədrlik edən: Aslan Kalbalı oğlu Kalbalıyev) həmin qanunsuz qətnaməni təsdiq etmişdir.
Bir sözlə, həmin qətnamə və qərar MPM-nın 81-ci maddəsinin tələblərinə uyğun olmayan sübutlarla əsaslandırılmışdır.
Halbuki, Qusar Rayon Məhkəməsi tərəfindən mənə və iddiaçıya məxsus fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə yerli baxış keçirilərək müəyyən edilmişdir ki, mənə məxsus hamam tikilisinin sağ tərəfində, yəni Rasim Saruxanovun evinə tərəf olan hissədə anbar tikilisi yerləşir, həmin tikilidə heç bir su, divarlarında heç bir nəm və rütubət müşahidə olunmamış, eyni zamanda da, hamam tikilisinin kanalizasiya suları Rasim Saruxanovun evi ilə əks istiqamətə boru vasitəsi ilə kanalizasiyaya axıdılır.
Həmin baxış zamanı o da müəyyən edilib ki, hər-hansı məsuliyyət daşıdığı elan edilməyən mütəxəssisin verdiyi rəydə göstərilmiş, guya, iddiaçıya məxsus tikiliyə zərərin dəyməsinin mənim onun divarı boyu qum və digər inşaat materialları yığmağım, həmin qum və digər inşaat materiallarının vasitəsi ilə atmosfer sularının iddiaçıya məxsus evin divarına süzülərək divarı bir neçə yerdən çatlatması barədə göstərilənlər öz təsdiqini tapmır.
Möhətərəm hakimlər!
Həmin “mütəxəssis” rəyində göstərildiyi kimi, yağıntı sularının iddiaçıya zərər vurmasına görə mənim maddi məsuliyyət daşımağım barədə məhkəmələrin gəldiyi nəticə isə tamailə absurddur. Belə çıxır ki, mən qonşunun tikilisini çətir vasitəsi ilə yağış suyundan qorumalı imişəm.
Lakin yuxarıda qeyd etdyim kimi, MPM-nın 81-ci maddəsinə uyğun olaraq alınan AR Ədilyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 17089 saylı 21 fevral 2011-ci il tarixli Məhkəmə Tikinti-Texniki Ekspertizasının rəyinin 4, 5, 6 və 7-ci suallar üzrə nəticə hissəsində göstərilir:
“4-cü sual üzrə
Lətifə Qurbanovanın istifadəsində olan anbar kimi istifadə olunan tikili ilə Rasim Saruxanovun istifadəsində olan “A” tikilisi arasında 0,9 metr ara məsafəsi olduğunu nəzərə almaqla həmin anbar kimi istifadə olunan tikilinin Rasim Saruxanovun yaşadığı evə maneçilik törətmədiyi müəyən edilmişdir.
5-ci sual üzrə
Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə almaqla Saruxanov Rasim Ərəbxan oğluna məxsus Qusar şəhəri, H.Əliyev prospekti 94 saylı ünvanda yerləşən evn divarlarındakı çatlar Lətifə Qurbanova tərəfindən inşa olunmuş yardımçı tikillinin təsiri nəticəsində əmələ gələ bilib-bilməməsinə konstruktor tərəfindən aparılmış hesablamalardan sonra müəyyən oluna bilər.
6-cı və 7-ci suallar üzrə
Qusar şəhəri, H.Əliyev prospekti 94 saylı ünvanda yerləşən 187-ci ildə inşa edilmiş fərdi yaşayış evinin şəhərsalma, tikinti normaları və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də tədqiq olunan evin divarlarında baş vermiş çatlar təbbi proseslər nəticəsində baş verə bilməsi məsələsi və yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan vəsaitin müəyən olunması son nəticədə (müddətin keçməsi, aşınması, təbii şərait, bünövrənin zəifliyi) konstruktor hesabatı aparıldıqdan sonra müəyyən edilə bilər”.
Göründüyü kimi, qeyd edilən ekspertiza rəyi ilə iddiaçıya maddi zərərin kimin tərəfindən vurulduğunu müəyyənləşdirmək mümkün olmasa da, məhkəmələr AR MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun omayaraq əldə edilmiş hansısa mütəxəssis rəyinə istinad edərək, həmin zərərin mənim tərəfimdən vurulduğu qənaitinə gəlmiş, bunula da, mənim mülkiyyət hüquqlarımı pozan qətnamə və qərar qəbul etmişlər.
7. İddia müddəti ilə bağlı maddi hüquq normaları pozulmuşdur.
İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsinə dair aramızdakı narazılıqlar hələ 1978-ci ildən başlamışdır. Yəni iddiaçı bununla etiraf etmişdir ki, o, mübahisəli torpaq sahəsinin mənim tərəfimdən, guya zəbt edildiyini 35 il bundan əvvəl bilmişdir. Yəni, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair mübahisə 1978-ci ildə yaranmışdır.
Belə olan halda, əvvəla, iddiaçının ələ keçirmək istədiyi torpaq sahəsinin 130 il bundan əvvəl – yəni 1870-ci ildə bizim babamızın istifadəsinə verildiyi və həmin sahədə 70-80 illik ağacların bizim tərəfimizdən əkilərək bəhrəsinin istifadə edildiyi nəzərə alınmalı, ikincisi isə, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan ümumi iddia müddətləri tətbiq edilməli və iddia müddətinin ötürüldüyü əsası ilə iddia rədd edilməli idi.
Keçmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, “Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il … müəyyən edilir”.
Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, “İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitiraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur”.
Hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən, “Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir”.
Əlavə olaraq, bildirirəm ki, həmin 3.35 metr enində mübahisəli torpaq sahəsində mərhum babamız tərəfindən 80 il bundan əvvəl əkilmiş ağaclar var və həmin ağacların bizə məxsus olmaqla bizim istifadəmizdə olması hamıya, o cümlədən də, iddiaçıya və Qusar Rayon Bələdiyyəsinin üzvlərinə məlumdur.
Kassasiya instansiyası məhkəməsi tərəfindən qanunverciliyin indiki qaydada təfsir və tətbiq edilməsi Respublikamızı dağıdar, vətəndaş müharibəsinə səbəb ola bilər. Çünki, Respublikamızda uzun illər əvvəl ata-babalarının mülkiyyətində olmuş kifayət qədər geniş torpaq sahələrinin varisləri yaşayır və kassasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarda göstərdiyi əsaslarla həmin şəxslər onlara miras qalmış ata-baba torpaqlarını hər an dövlətin və digər şəxslərin “qanunsuz” sahibliyindən geri tələb edə bilərlər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndi məhz bu problemin qarşısını almaq üçün nəzərdə tutulub.
8. Bundan əlavə, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar, işə cəlb ediməyən şəxsin – Qusar şəhər Bələdiyyəsinin hüquqlarını da pozur.
AR Mülki Prosessual Məcəlləsinin 418.4.6-cı maddəsinə əsasən, “Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir”.
AR Ali Məhkəməsinin MK isə qeyd edilən prosessual hüquq normasının tələblərinə əhəmiyyət vermədən, tamamilə qanunsuz qərar qəbul etmişdir.
Belə ki, iş üzrə araşdırma zamanı iddiaçının və mənim istifadəmdə olan torpaq sahələrində bələdiyyəyə məxsus artıq torpaqların (iddiaçıda 161.8 kv.m. məndə 105 kv.m.) olduğu müəyyən edilmişdir. Əgər həqiqətən də, məhz məndən alınaraq iddiaçıya verilməsi nəzərdə tutulan mübahisəli torpaq sahəsi mənim tərəfimdən zəbt edilmişdirsə, həmin torpaq sahəsi bələdiyyəyə məxsus olmalıdır. Çünki iddiaçının da torpaq sahəsinin 168 kv.m-nin artıq olduğu ekspertiza rəyi ilə sübut edilmişdir. Mövcud qanunverciliyə uyğun olaraq isə, həmin artıq torpaq sahəsi ya geri alınmalı, ya da bələdiyyə tərəfindən mənim və iddiaçının mülkiyyətinə verilməli və müvafiq olaraq vergiyə cəlb edilməlidir.
Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 16.3-cü maddəsinə əsasən, “Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir”.
İndiki halda isə, kassasiya instansyası məhkəməsinin qəbul etdiyi qərarla bələdiyyəyə məxsus torpaq sahəsi haqqında qərar qəbul edilsə də, bələdiyyə iş üzrə hər hansı bir tərəf və ya üçüncü şəxs kimi cəlb edilməmişdir.
Əksinə, qəbul edilmiş məhkəmə qərarı ilə bələdiyyəyə məxsus torpaq sahəsinin, istifadəsində 168 kv.m artıq torpaq sahəsi olmasına baxmayaraq, iddiaçı Saruxanov Rasim Ərəbxan oğluna verilməsi qərara alınmışdır.
Bununla da, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, 129-cu maddəsinin III hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə əsasən, “Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər”.
İndiki halda ədalət mühakiməsindən söhbət gedə bilməz. Ulu babalarımızın istifadəsində olmuş torpaq məndən alınaraq, qanunsuz olaraq 168 kv.m. artıq torpağı olan iddiaçıya verilmişdir.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən, “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”.
Yuxarıda qeyd etdiklərimdən və iş materiallarında olan sübutlardan da görünür ki, işə qərəzsiz baxılmağından söhbət gedə bilməz. Qərar “ədalətsizlik”, “faktlara göz yummaq”, “qanuna müvafiq olmama” əsaslarına görə tamamilə qanunsuz və əsassızdır.
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə əsasən, “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır”.
AR Ali Məhkəməsinin qərarı, qanunda nəzərdə tutulan qaydada əldə edilməmiş və AR MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmayan sübutlarla əsaslandırılmış, iddiaçının haqsız olduğunu sübut edən dəlil və sübutlar nəzərə alınmamış, AR Mülki Prosessual Məcəlləsinin 220.4-cü hissəsinin tələbləri pozulmuşdur.
AR Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən,
“Qətnamənin əsaslandırıcı hissəsində … sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir”.
AR Konstitusiyasının qeyd edilən normaları ilə təsbit edilmiş qaydalara kassasiya instansiyası məhkəməsi tərəfindən riayət edilməmiş, bu isə, mənim mülkiyyət hüquqlarımı pozan qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir.
Əlavə kassasiya şikayətimi kifayət qədər əsaslandırsam da, çox təəssüf ki, AR Ali Məhkəməsinin sədri Ramiz Rzayev mənim şikayətimin dəlillərini nəzərə almamış, şikayətim obyektiv və hərtərəfli araşdırılmamış və mənim hüquqlarımı pozan 19 fevral 2013-cü il tarixli qərardad qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən,
“I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”.
“İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikasının 13-cü maddəsinin I hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
Konstitusiyanın 29-cu maddəsinin I-III hissələrinə əsasən, “Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir”.
AR Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, “Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir”.
Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, “Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır”.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155-IQ saylı Qanununun 9-cu maddəsinə əsasən, “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”.
İddiaçının ələ keçirmək istədiyi torpaq sahəsi dövlətim tərəfindən əvəzsiz olaraq mənim mülkiyyətimə verilmişdir və həmin hüququ rəsmiləşdirib-rəsmiləşdirməməyimdən asılı olmayaraq, qeyd edilən mübahisəli torpaq sahəsi mənim mülkiyyətim hesab edilməli və dövlətim tərəfindən qorunmalıdır.
Apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş bu və digər qanun pozuntuları barədə öz kassasiya şikayətimdə ətraflı qeydlər etsəm də, kassasiya instansiyası məhkəməsi mənim şikayətimin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.
Yuxarıda qeyd edilənlərə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-30, 34.1, 34.2, 34.4.1, 34.5, 34.6, 34.7.2, 35-ci və AR Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Q.Ə.Allahverdiyev-sədrlik edən,V.Ə.İbayev və İ.Ə.Əliyev) 2(102)-1252/2012 nömrəli iş üzrə 25 aprel 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmaması və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsiniz.
Qoşma: 1. Qusar Rayon Məhkəməsinin 2(029)-201/2011 nömrəli iş üzrə 29 iyun 2011-ci il tarixli
qətnaməsinin surəti,
2. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən: H.Ü.Həmidov, iş N 2(105)-1085/2011)
15 noyabr 2011-ci il tarixli qətnaməsinin surəti,
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (sədrlik edən: Q.Ə.Allahverdiyev, iş N 2(102)-
1252/2012) 25 aprel 2012-ci il tarixli qərarının surəti,
4. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən: G.F.Tağızadə, iş N 2(105)-834/2012)
02 iyul 2012-ci il tarixli qətnaməsinin surəti,
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (sədrlik edən: Aslan Kalbalı oğlu Kalbalıyev,
iş N 2(102)-3811/12) 16 noyabr 2012-ci il tarixli qərarının surəti,
6. Ali Məhkəmənin sədri Ramiz Rzayevin 13(102)-14/13 saylı 19 fevral 2013-cü il tarixli qərardadının
surəti,
7. Qusar şəhər Bələdiyyəsinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, Qusar RİHB-nın Memarlıq və
Tikinti Şöbəsinin aparıcı məsləhətçisi və Qusar RHİB-nın Qusar şəhər İnzibati ərazi üzrə
nümayəndəliyinin mühəndisi tərəfindən tərtib edilmiş 21 iyun 2010-cu n il tarixli Aktının surəti,
8. AR Ədilyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 6745 saylı 01 iyun 2011-ci il tarixli əlavə
Məhkəmə-Torpaqşünaslıq və Tikinti-Texniki ekspertizasının rəyinin surəti,
9. Qusar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisinin Rəyinin surəti,
10. AR Ədilyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 17089 saylı 21 fevral 2011-ci il tarixli
Məhkəmə Tikinti-Texniki Ekspertizasının Rəyinin surəti,
11. Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti.
20 aprel 2013-cü il
İmza: / L.A.Qurbanova /
Maraqlı şikayət, yaxud şikayət forması olduğu üçün onu elektron poçtuma atacağam. Lakin, şikayətdə bir sıra qüsurlar vardır. Əvvəla, yazı mətnində müəyyən üslüb səhvlərinə yol verilib. İkincisi, istər faktik halların sadalanması, istərsə də, istinad edilmiş qanunvericilik aktlarında təkrarçılıqlar mövcuddur. Uçuncusu, əlbəttə, hüquq normalarının tətbiq, təfsir və pozuntularına xeyli yer verilməsinə baxmayaraq, işin hallarının təsvirində də gözlənilməli olan həcm məhduduiyyətindən artıq israfçılığa yol verilib. Dördüncüsü, mənanı qüvvətləndirmək üçün obrazlı ifadələrdən çox istifadə olunub. Halbuki, hüquqi sənədlər daha çox rəsmi üslübdan istifadə edilərək hazırlanmalı və quru faktlar əks etdirilməlidir. Beşincisi isə, yazıda mürəkkəb cümlələrdən çox istifadə edilməklə, fikirin ağırlaşdırılması aydın görünür, üstəlik, cümlələrin xəbər hissəsi daha çox çox nəqli keçmişin -mış şəkilçisindən istifadə edilməklə ifadə olunur. Halbuki, bu zaman -ıb şəkilçisindən istifadə edib cümlələri yüngülləşdirmək olardı.