“Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (sədrlik edən hakim: Sərvət Hüseynov, hakimlər: Səriyyə Seyidova və Vidadi Məmmədov, iş N 2-1(103)-148/2012) 04 aprel 2012-ci il tarixli qətnaməsinə dair” K A S S A S İ Y A Ş İ K A Y Ə T İ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına Cavabdeh: Mehmet Okur Hicabi

Paylaşın

Azərbaycan Respublikası Ali Məhkəməsinin

  İnzibati-İqtisadi Kollegiyasına

 

Cavabdeh: Mehmet Okur Hicabi

Ünvanı:  Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (012) 564-42-08, (050) 200-66-10

 

 

XAHİŞ: “Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (sədrlik edən hakim: Sərvət Hüseynov, hakimlər: Səriyyə Seyidova və Vidadi Məmmədov, iş N 2-1(103)-148/2012) 04 aprel 2012-ci il tarixli qətnaməsinə dair”

 

K A S S A S İ Y A       Ş İ K A Y Ə T İ

Möhtərəm hakimlər!

Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 04 aprel 2012-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2iq(82)-1957/2011 saylı iş üzrə qəbul etdiyi 21 noyabr 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, mənim apellyasiya şikayətimin təmin edilməməsi, apellyasiya şikayəti üzrə ödənilmiş 6 manat dövlət rüsumunun mənim özümə aid edilməsi qət edilmişdir

Qətnamənin surəti mənə 20 aprel 2012-ci ildə poçt vasitəsilə təqdim edilmişdir.

Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.

 

1. Maddi hüquq normaları pozulmuşdur.

 

a) Apellyasiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün iş materiallarında olan AR Ədliyyə Nazirliyi Kollegiyasının 14 dekabr 1994-cü il tarixli Qərarı ilə dövlət qeydiyyatına alınmış “Tofiq Bəhramov” adına Respublika Stadionunun Nizamnaməsinə istinad etmişdir.

AR Mülki Məcəlləsinin 349-cu maddəsinə əsasən, Hü­qu­qi şəx­sin öz ni­zam­na­mə­sin­də mü­əy­yən­ləş­di­ril­miş fə­a­liy­yət məq­səd­lə­ri­nə zidd ola­raq bağ­la­dı­ğı əqd, əgər əqd­də iş­ti­rak edən di­gər tə­rə­fin onun qa­nun­suz ol­du­ğu­nu bil­di­yi və ya bil­mə­li ol­du­ğu sü­bu­ta ye­ti­ri­lər­sə, hə­min hü­qu­qi şəxs və ya onun tə­sis­çi­si tə­rə­fin­dən mü­ba­hi­sə­lən­di­ri­lə bi­lər”.

İddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionu mənimlə 16 iyun 2000-ci il tarixli icarə müqaviləsini bağlayarkən tam olaraq, öz nizamnaməsinə uyğun hərəkət etmişdir.

Belə ki, Nizamnaməyə əsasən, “Respublika Stadionu müvəqqəti istifadəsində olan yerləri qüvvədə olan icarə haqqı normativlərinə uyğun olaraq yalnız digər təşkilatlara icarəyə verə bilər”.

Mən də icarəmə verilmiş torpaq sahəsindən təyinatı üzrə, yəni həmin ərazidə “Futbol Məktəbi” yaradaraq, gənclər hərəkatı, bədən tərbiyəsi və idmanın gələcək inkişafı, Azərbaycanda idmanın təbliği, yüksək ustalığa malik futbolçuların yetişdirilməsi, onlarda yüksək mənəvi keyfiyyətlərin, vətənpərvərliyin tərbiyə edilməsi və Nizamnamədə göstərilən digər zəruri şərtlərə əməl etməklə istifadə etmişəm.

 

b) Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün AR Torpaq Məcəlləsinin 46, 50, 51, 66, 73, 103-cü, Mülki Məcəllənin 242.2-ci maddələrinə, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının 1-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”nin 9.6-cı bəndinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, guya iddiaçı ilə mənim aramda bağlanmış 16 iyun 2000-ci il tarixli icarə müqaviləsi buna hüququ olmayan şəxs tərəfindən bağlanmışdır.

Halbuki, mübahisəli icarə müqaviləsi ilə mənim icarəmə verilmiş torpaq sahəsi dövlət əmlakı olsa da, iddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionu faktiki olaraq həmin sahənin qanuni sahibidir və deməli, mülkiyyətçi tərəfindən vəkil edilmiş səlahiyyətli şəxsdir. Yuxarıda da qeyd edildiyi kimi, AR Ədliyyə Nazirliyi Kollegiyasının 14 dekabr 1994-cü il tarixli Qərarı ilə dövlət qeydiyyatına alınmış “Tofiq Bəhramov” adına Respublika Stadionunun Nizamnaməsinə əsasən, Respublika Stadionu müvəqqəti istifadəsində olan yerləri qüvvədə olan icarə haqqı normativlərinə uyğun olaraq yalnız digər təşkilatlara icarəyə verə bilər”.

AR Mülki Məcəlləsinin 242.2-ci maddəsinə əsasən, “İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər”.

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, mənim icarəmə verilmiş torpaq sahəsinin mülkiyyətçisi AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi olsa da, iddiaçı ilə mənim aramda icarə müqaviləsi bağlanarkən, iddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionu sahənin qanuni sahibi kimi mülkiyyətçinin vəkili kimi müqaviləni bağlamış və əsasında fəaliyyət göstərdiyi Nizamnamədə qeyd olunan şərtlərdən kənara çıxılmamışdır. Belə olan halda, iddiaçı ilə mənim aramda bağlanmış müqavilə mülkiyyətçinin vəkil etdiyi şəxs tərəfindən bağlandığına görə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi yuxarıda sadalanan maddi hüquq normalarının müqavilənin etibarsızlığının əsası kimi təfsir edilməsi tamamilə yanlışdır.

 

2. Tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir.

Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun imzası ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 16.11.2011-ci il tarixli 2465/R-12/17 saylı məktubuna istinad etmişdir. Həmin məktubda yazılıb “Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında, eləcə də, beynəlxalq miqyaslı yarışların təşkilində mühüm yer tutan Respublika Stadionunu müasir standartlara uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin ““Tofiq Bəhramov” adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” 06.07.2011-ci il tarixli 1617 saylı Sərəncamı ilə stadionda əsaslı və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin idman obyektinin ərazisində irimiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirilir. Digər tərəfdən 2012-ci ildə Bakı şəhərində Avroviziya Mahnı Müsabiqəsinin keçiriləcəyi məkanın ehtiyat variantı kimi həmin stadion nəzərdə tutulmuşdur. Nazirlik bununla əlaqədar olaraq stadiona aid torpaq sahələrində digər hər hansı kommersiya qurumlarının fəaliyyət göstərməsini qeyri-mümkün hesab edir”.

Halbuki, həmin məktubda göstərilənlərin hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur. Çünki, icarəyə verilmiş torpaq sahəsində maddi-texniki baza möhkəmləndirilməsi nəticəsində həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməli olduğu barədə qanunvericilikdə heç bir norma mövcud deyil. Bundan əlavə, məktubda qeyd edilənlər mənim, qanuni sahibliyimdə olan torpaq sahəsindən çıxarılmalı olduğuma əsas verə bilməz. Nazirliyin nəyisə “hesab etməsi” mənim əmlak hüquqlarımdan məhrum edilməyimlə nəticələnməməlidir.

3. Tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.  

Mən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun itirildiyini və mübahisəyə “etibarsız əqdlər üzrə müddətlər”in tətbiq edilməli olduğunu öz apellyasiya şikayətimdə əsaslandırsam da, apellyasiya instansiyası məhkəməsi mənim şikayətimin bu arqumentinin əsassızlığını belə sübut etməyə çalışıb: “Cavabdehin apellyasiya şikayətində iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun itirildiyi və mübahisəyə etibarsız əqdlər üzrə müddətlərin tətbiq edilməli olduğu barədə gətirdiyi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir”.

Halbuki, 354.1-ci maddəsinə əsasən, “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər”.

Apellyasiya Məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad etsəydi aydın olardı ki, iddiaçı ilə aramızdakı icarə müqaviləsi 16 iyun 2000-ci ildə bağlanmış, müqavilənin icrasına da elə həmin vaxtdan bağlanmış, həmin əqdin etibarsızlığı ilə bağlı iddiaçı iddia müddətini çoxdan ötürmüşdür. Bu müddət ərzində iddiaçı ilə aramızda heç bir narazıçılıq olmamış, hər iki tərəf müqavilə şərtlərinə uyğun hərəkət etmişdir.

4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslandırılmamışdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.4.7-ci maddəsinə əsasən, “Məhkəmənin qəbul etmiş olduğu qətnamədə məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir”.

Apellyasiya Məhkəməsi, iddiaçı ilə aramızda bağlanmış 16 iyun 2000-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməli olduğu qənaətinə gəlsə də, həmin müqavilənin etibarsızlığının hüquqi əsasını qətnamədə göstərməmişdir.

Halbuki, əqdlərin etibarsızlığının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin “ƏQDLƏRİN ETİBARSIZLIĞI” adlı XIV fəslində tam aydın şəkildə göstərilmişdir. İddiaçı ilə mənim aramda bağlanmış 16 iyun 2000-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməli olduğu barədə Bakı Apellyasiya Məhkəməsinin mövqeyi isə Mülki Məcəllənin XIV fəslində göstərilən hər hansı bir halla əsaslandırılmamışdır. Bu isə, qətnamədə məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmaması kimi qiymətləndirilməli və bu əsasla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mütləq qaydada ləğv edilməlidir.

Bundan başqa, iddiaçı öz tələbinin hüquqi əsası kimi, müqavilə məbləğinin hazırki dövr üçün az olduğunu, eləcə də, “Tofiq Bəhramov” adına Respublika Stadionunun ərazisində 2012-ci ildə Bakı şəhərində Avroviziya Mahnı müsahibəsinin keçirilməsi ilə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi tədbirlərinin görüldüyünü və həmin ərazidə mənim tərəfimdən iki ədəd qanunsuz tikili inşa edildiyini göstərmişdir.

Lakin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının hüquqi əsasını özü dəyişərək, qanunsuz olaraq başqa hüquqi əsaslar tətbiq etmiş və iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir.

Bütün bunlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha sübut edir.

Yuxarıda qeyd edilənlərə, MPM-nin 402, 403.1, 404.1.1, 405.0.1, 406, 407, 417.1.3 və 418-ci maddələrinə əsasən,

XAHİŞ EDİRƏM:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (sədrlik edən hakim: Sərvət Hüseynov, hakimlər: Səriyyə Seyidova və Vidadi Məmmədov, iş N 2-1(103)-148/2012) 04 aprel 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsiniz.

Qoşma: — Kassasiya şikayətinin surəti (cəmi 2 nüsxə),

              — Dövlət rüsumunun ödənilməsi barədə qəbz,

              — Vəkil orderi.

10 may 2012-ci il

İmza:                                                 Mehmet Okur Hicabi

Kassasiya şikayətini tərtib edən vəkil:                                            / Z.Ə.Süleymanov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir